“Avrora” şirkəti işçilər axtarır – VAKANSİYALAR

Auditor


1.Auditor

 Son tarix 01 may 2022

Əsas vəzifə öhdəlikləri:

Audit planları və proqramları əsasında daxili audit yoxlamalarının həyata keçirilməsi;

Şirkətin siyasətləri, prosedurları, standartları və digər normativ sənədlərinin qiymətləndirilməsi;

Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərinin tətbiq edilməsinə dair rəyin bildirilməsi;

Korporativ idarəetmənin qiymətləndirilməsi ilə bağlı testlərin aparılması və tapşırıqların yerinə yetirilməsi;

Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması;

Aktivlərin qorunması istiqamətində yoxlamaların həyata keçirilməsi və yoxlama nəticələrinin təqdim edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydaları üzrə biliklər;

Audit standartları üzrə biliklər;

Audit yoxlamaları sonrası hesabatın hazırlanma qaydaları üzrə biliklər;

Vergi Məcəlləsinin tətbiqi üzrə praktiki biliklər;

Analitik düşüncə.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

Ali təhsil (Mühasibat uçotu və audit, İqtisadiyyat, Maliyyə  ixtisası üzrə Ali təhsil üstünlük hesab olunur);

Mühasibatlıq və ya Audit sahəsi üzrə minimum 3 il iş təcrübəsi;

MS Office (Excel, Word, Outlook) proqramları üzrə praktiki biliklər; 

Unity və Logo proqramları üzrə biliklər arzuolunandır.

İş şərtlərimiz:

İş qrafiki : Tam iş günü (5 gün);

İş saatları: 08:00-dən 17:00-dək;

İş yeri : Avrora Sənaye Parkı, Hökməli qəsəbəsi.

Biz nə təklif edirik:

Əmək bazarında rəqabətli əmək haqqı;

İşçilərə qayğı proqramı;

Peşəkar komanda mühiti;

Nahar;

Şirkət hesabına korporativ nömrə;

Təlim və inkişaf imkanları;

Həyat sığortası (könüllü).

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Auditor” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

2.İxrac logistikası üzrə mütəxəssis

Son tarix 01 may 2022

Əsas vəzifə öhdəlikləri:

Sifarişlərin planlamada yerləşdirilməsi;

Mövcud mal-material və xammal stokuna uyğun sifarişlərin redaktə olunması;

Redaktə olunmuş sifarişlərin müştərilərlə razılaşdırılması;

Müxtəlif marşrut və istiqamətlərdə, müxtəlif nəqliyyat növlərinin araşdırılması, optimal variantların xarici logistika şöbə rəhbəri ilə razılaşdırılması;

Malın ixracı üçün FOB, DAP, CFR, CİF şərtləri zamanı nəqliyyatın təşkil olunması, logistika bölməsi ilə kommunikasiya;

Yükləmə prosesinə və yükün standartlara uyğun yüklənməsinə, yükün təhlükəsizliyinin təmin edilməsi və s kimi proseslərə nəzarət edilməsi;

İxrac zamanı tələb olunan sənədlərin dövlət orqanları və ya nəqliyyat şirkətlərindən alınıb, logistika şöbəsinə təqdim olunması: CT-1, Ekspertiza Aktı, Fito-sanitar sertifikatı, Healty Certificate, Free Sale Certificate, CMR, TİR Cornet, D/Y qaiməsi, B/L və s  kimi sənədlər;

Müştəri istəyi ilə nümunələrin İxrac olunması (gömrüklənməsi).

Tələb olunan bilik və bacarıqlar:

İxrac logistikası və ixracat üzrə biliklər

Məhsulların xüsusiyyətləri və daşınması qaydası,

Sənədləşməsi,

İxracata hazırlanması,

Logistika kanallarının araşdırılması,

Yüklərin göndərilməsi və izlənməsi,

Ünsiyyət bacarığı;

Risklərin dəyərləndirilməsi bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

Təhsil : İqdisadiyyat və idarəetmə üzrə ali təhsil (bakalavr);

İş təcrübəsi : İxrac logistikası üzrə  minimum 1 il iş təcrübəsi;

Dil bilikləri : İngilis və Rus dillərini danışıqlar və işgüzar yazışmaları apara biləcək səviyyədə bilməsi,

İş şərtlərimiz:

İş qrafiki : Tam iş günü (5 gün);

İş saatları: 09:00-dən 18:00-dək;

İş yeri : STN Biznes Mərkəzi.

Biz nə təklif edirik:

Əmək bazarında rəqabətli əməkhaqqı;

İşçilərə qayğı proqramı;

Peşəkar komanda mühiti;

Nahar;

Şirkət hesabına korporativ nömrə;

Təlim və inkişaf imkanları;

Həyat sığortası (könüllü);

Yanacaq kartı 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “İxrac logistikası üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

3.Vergi Hesablamaları üzrə Mühasib

 Son tarix 01 may 2022

Əsas vəzifə öhdəlikləri:

Bank çıxarışlarının işlənməsi;

Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;

Debitor və kreditor hesablaşmalarına nəzarət olunması;

BTP proqramında (ƏDV, Mənfəət, Əmlak, Torpaq) hesabatların tərtib edilməsi;

Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsinin təşkil edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

Vergi Məcəlləsi üzrə ümumi biliklər;

Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;

Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;

Onlayn kargüzarlıq və e-qaimə portallarından istifadə etmə bacarığı;

ACCA sertifikatı üstünlük hesab olunur.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

Təhsil : Ali (Riyazi və ya İqtisadi ixtisaslar üstünlük hesab olunur);

İş təcrübəsi: Vergi sahəsi üzrə minimum 2 il;

Kompüter bilikləri: Microsoft Office (xüsusilə MS Excel) və 1C proqramlarında işləmək bacarığı.

İş şərtlərimiz:

İş qrafiki : Tam iş günü (5 gün);

İş saatları: 09:00-dən 18:00-dək;

İş yeri : STN Biznes Mərkəzi.

Biz nə təklif edirik:

Əmək bazarında rəqabətli əməkhaqqı;

İşçilərə qayğı proqramı;

Peşəkar komanda mühiti;

Nahar;

Şirkət hesabına korporativ nömrə;

Təlim və inkişaf imkanları;

Sağlamlıq sığortası;

Həyat sığortası (könüllü).

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Vergi Hesablamaları üzrə Mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]