Avrora həkim axtarır
İşəgötürən: Avrora
Vakansiya: Həkim
Son tarix: 07 iyun 2022
Əsas vəzifə öhdəlikləri:
Günlük olaraq əraziyə çıxan işçi heyətinin rutin yoxlanışının həyata keçirilməsi;
İşçi heyəti tərəfindən daxil olan müraciətlər əsasında müayinələrin və ilkin tibbi yardımın həyata keçirilməsi;
Tibbi ləvazimat qutularının mütəmadi olaraq diqqətdə saxlanılması;
Növbə ərzində müvafiq qeydlərin aparılması.
Tələb olunan bilik və bacarıqlar:
Tibbi avadanlıqlarla işləmə bacarığı;
Təcili tibbi yardımın göstərilməsi üzrə bilik və bacarıqlar.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Təhsil : Tibb sahəsi üzrə ali təhsil ( Terapiya ixtisası arzuolunandır);
İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (Təcili tibbi yardımda iş təcrübəsi üstünlük hesab olunur).
İş şərtlərimiz:
İş qrafiki : Növbəli;
İş yeri : Avrora Sənaye Parkı, Hökməli qəsəbəsi;
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
İşçilərə qayğı proqramı;
Peşəkar komanda mühiti;
Təlim və inkişaf imkanları;
Nahar;
Servis.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Həkim” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
19 saat, 35 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 1 saat, 24 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 16 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 50 dəq
- 6 gün, 18 saat, 56 dəq