Avromed Company QSC baş auditor axtarır
İşəgötürən: Avromed Company QSC
Vakansiya: Baş Auditor
Son tarix: 02 iyul 2022
Vəzifə icmalı:
-Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrini həyata keçirir.
-Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və korporativ idarəetmə proseslərinin effektivliyini qiymətləndirir.
-Audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinə nəzarət edir.
-Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edir.
Əsas funksional vəzifələr:
-Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
-Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsini təmin etmək;
-Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
-Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
-Daxili Audit Departamenti direktorunun tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatlarının hazırlanmasında iştirak etmək;
-Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
-İştirak etdiyi audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
-Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
Bilik, bacarıqlar və təcrübə:
-Ali iqtisadi və ya hüquqi təhsil (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə);
-Müvafiq iş təcrübəsi: 3 ildən artıq audit funksiyasında;
-Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
-Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;
-Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
-Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
-Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı.
-Ezamiyyələrdə iştirak etmək imkanı.
-Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 02.07.2022-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Baş Auditor” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
-
10 saat, 59 dəq
Online Slot Machine Best Payment: Exactly How to Maximize Your Profits
-
2 gün, 17 saat, 16 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
5 gün, 23 saat, 5 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
1 həftə, 21 saat, 57 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 həftə, 22 saat, 31 dəq