“Autolux Azerbaijan”a satış müdiri tələb olunur

Müdir


İşəgötürən – Autolux Azerbaijan LLC

Vəziifə – Satış müdiri (Avto satış Jaguar Land Rover brendi üzrə)

Namizədə olan tələblər:

-5 il müvafiq sahədə iş təcrübəsi ;

-Ali təhsil;

-Rus-dili biliyi ;

-İngilis-dili biliyi;

-Yaş həddi 22-35;

Vəzifə öhdəlikləri:  

-Şirkətin satış planına uyğun olaraq tələblərinə cavab vermək üçün işçilər arasında iş bölgüsü aparmaq, iş qrafiklərini və ya işçilərin iş rejimini planlaşdırmaq;

-İş vaxtının səmərəli istifadəsi məqsədi ilə iş yerində işçi heyəti və ya stajçılar üçün təhsil sisteminin tətbiqi və onların inkişafını planlaşdırmaq;

-İşçiləri iş planı barədə məlumatlandırmaq və satış planlarının icrası məqsədi ilə onların işini təşkil etmək;

-Tabeçilikdə olan işçilərin əmək intizamına riayət etməsinə, funksional öhdəliklərin yerinə yetirilməsinə, korporativ normaların izlənməsinə, müştərilərin idarə olunmasına və müştərilərə xidmətə nəzarət etmək;

-Tabeçilikdə olan işçilərin işini təhlil etmək, onların peşəkar imkanlarının qarşıya qoyulan məqsəd və tapşırıqlara uyğunluq səviyyəsini müəyyən etmək;

-Satış departamentinə yeni işçilərin seçilməsində, işə götürülməsində, təlimlərin təşkil edilməsində, qiymətləndirilməsində iştirak etmək və məsləhətlər vermək;

-Satış departamentinin yeni işçiləri üçün adaptasiya planı hazırlamaq və onun icrasına nəzarət etmək;

-Şirkətin qəbul etdiyi formada büdcə hesabatlarının hazırlanmasına nəzarət etmək və büdcəni idarə etmək;

-İşçilərin yeni avtomobil modelləri barədə biliklərini müntəzəm olaraq yeniləmək;

-Şirkətin satış və marketinq fəaliyyətini idarə etmək;

-Müştərilər gəlməyən vaxtlarda məhsullar, satış texnikası, kommunikasiya bacarıqları və s. sahəsində əməkdaşların biliklərinin monitorinqini həyata keçirmək;

-Avtomobil modellərin sifarişində iştirak etmək, qəbul olunma prosesini təşkil etmək, malı qəbul etmək və qaimələri imzalamaq (və ya hesabat aparmaq);

-Malı müşayiət edən sənədin (sertifikat, pasport) olub olmadığını və etibarlılıq müddətini yoxlamaq, çatışmazlıqlar aşkar olunduqda aidiyyəti şəxslərə məlumat vermək;

-İllik satış planının hazırlanmasında iştirak etmək və həyata keçirmək;

-İllik satış və təşviqat proqramı hazırlamaq;

-Satışın və xalis gəlirin həcmini maksimum səviyyədə artırmaq məqsədi ilə gündəlik satış və xərclər barədə məlumatları təhlil etmək, digər zəruri maliyyə təhlilləri aparmaq;

Vakansiyanın adını qeyd edərək Cv-nizi e-mail adresinə [email protected] göndərə bilərsiniz.

Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

Elanın bitmə tarixi – 10.12.22

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]