ASSAN-STP Panel istehsalat müdiri axtarır
İşəgötürən: ASSAN-STP Panel
Vakansiya: İstehsalat müdiri
Son tarix: 03 iyul 2022
Vəzifəyə olan tələblər:
-Zavodun cari və perspektiv inkişaf planlarının tərtib olunması, yeni texnika və yeni növ məhsullar istehsalı texnologiyalarının tətbiqində, texniki-təşkilatı tədbirlərin işlənməsində iştirak edir;
-Yeni layihələndirilən və fəaliyyətdə olan istehsal sahələrinin rekonstruksiya olunması, tapşırıqlarının tutulması və texniki-iqtisadi əsaslandırılma işlərində iştirak edir;
-Yeni istifadəyə verilən avadanlıqların istismara qəbul olunmasında, əsaslı təmirdən sonra texnoloji aqreqatların işə başlamasında iştirak edir;
-Texnoloji təlimatlar və texniki şərtlərin, xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və istehsal prosesində sərf normalarının yerinə yetirilməsini nəzarətdə saxlayır;
-Standart və texniki şərtləri olmayan müxtəlif növ məhsulların istehsalı üçün sifarişçilərlə texniki şərtləri razılaşdırır;
-Zavodda standartlaşdırma işlərini təşkil edir, standart və texniki şərtlərin istehsalatda tətbiq olunmasını nəzarətə götürür;
-Texnoloji aqreqatlarda əmələ gələn qəzaların səbəblərini araşdırmaq və onların qarşısının alınması tədbirlərini hazırlayır;
-Zavodda sifarişlər üzrə istehsal planlarını yerinə yetirməkdə texniki köməklik göstərir, aylıq istehsal, texniki, material, azqiymətli, hazır məhsul və s hesabatların hazırlanmasını təmin edir;
-Zay məhsulların buraxılması səbəblərini araşdırır, keyfiyyətin yaxşılaşdırılması, istehsal itkilərinin azaldılması, xammal və materialların səmərəli istifadəsi barədə tədbirlər işləyib hazırlayır;
-Zavodun işinə aid olan məsələlərin həlli üçün kənar təşkilatlarla danışıqlar və yazışmalar aparır, sənədləri vizalayır və zavodun işinə aid müşavirələrdə iştirak edir.
Namizədə olan tələblər:
-Müvafiq sahə üzrə ali texniki təhsilli
-Müvafiq sahə üzrə 5 ildən yuxarı iş təcrübəsi
-Mc office, Autocad,Logo,Adobe Photoshop
İş şərtləri:
-İş qrafiki: həftədə 5 gün, 08:00-17:00
-Əmək haqqı müsahibə əsasında razılaşdırılır
-Nahar və servis şirkət hesabına
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “İstehsalat müdiri” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
9 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
1 gün, 23 saat, 1 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 23 saat, 35 dəq
- 2 gün, 17 saat, 41 dəq
- 3 gün, 12 saat, 55 dəq