ASIA Motors satış müdiri axtarır (avtomobil satışı sahəsi üzrə)

İşəgötürən: ASIA Motors
Vakansiya: Satış müdiri (avtomobil satışı sahəsi üzrə)
Son tarix: 13 fevral 2023
Tələblər:
-Ali təhsil olmalı (iqtisadi ali təhsil arzuolunandır);
-Azərbaycan və Rus dilini səlis bilməli, İngilis dilini yaxşı bilməli (təlimlər ingilis dilində olacaq);
-Müvafiq sahə üzrə ən azı 4 il iş təcrübəsi olmalı;
-İşçi heyətinə rəhbərlik etmək, həvəsləndirmək və inkişaf etdirmək qabiliyyəti olmalı;
-Parakəndə avtomobil satış sahəsində təcrübə mütləqdir;
-İkinci əl avtomobil satışı üzrə təcrübə mütləqdir;
-MS Windows, Microsoft Office (Excel, Word, Outlook), 1C proqramlarında işləmək bacarığı olmalı;
-Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
-Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə və aktiv satış bacarığı olmalı;
-Satış qabiliyyətli və hədəf yönümlü olmalı;
-Yeniliklərə açıq olmalı;
-Yaş həddi: 25-35
Vəzifələr:
-Satış hədəflərinə çatmaq üçün strateji planların hazırlanması və həyata keçirilməsi;
-Aylıq və rüblük satış məqsədlərini hazırlamaq və təşviq etmək;
-Ətraflı və dəqiq satış hesabatlarının hazırlanması;
-Satış qiymətlərini müəyyən etmək üçün rəqabətin və tələb və təklifin qiymətləndirilməsi;
-Cari və yeni məhsullar üzrə satış həcminin və mənfəətin təxmin edilməsi;
-Müştərilərlə müştəri xidmətlərini təkmilləşdirmək üçün aparıcı və həvəsləndirici aktivitələrin keçirilməsi;
-Müştəri loyallığını artırmaq üçün müştərilərlə davamlı əlaqələrin qurulması;
-Müştərilərin biznes ehtiyaclarını və məqsədlərini daha yaxşı başa düşmək üçün onlarla işləmək;
-Satış komandasının yeniliklərə hazırlanması üçün satış üzrə təlim proqramının yaradılması və tətbiq edilməsi;
İş şəraiti:
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
-İş qrafiki: 6 günlük və müvafiq iş saatı həcmi
-İş yeri: Babək prospekti
-Karyerada yüksəliş imkanları
Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] mail ünvanına mövzu hissəsində “Satış Müdiri” qeyd edərək göndərə bilərlər.
Vakansiyalar
- 4 gün, 3 saat, 54 dəq
- 4 gün, 9 saat, 35 dəq
- 4 gün, 9 saat, 39 dəq
- 4 gün, 9 saat, 45 dəq
- 5 gün, 9 saat, 1 dəq