Araşdırma və inkişaf şöbəsi üzrə mütəxəssis axtarılır

Mütəxəssis


İşəgötürən – Azericard

Vəzifə öhdəlikləri:

Bazar araşdırması üzrə planlama: Azərikardın bazarına və inkişaf istiqamətinə uyğun olaraq araşdırma planının hazırlanması.

Bazar araşdırması üzrə təhlil: daxili qaydalara, qəbul edilmiş təhlil alətlərinə və öz təcrübəsinə əsasən əldə edilmiş bazar məlumatlarını təhlil etmək və əsasında nəticələr çıxarmaq.

Yeni məhsul və xidmətlər üzrə əsaslandırılmış təkliflərin irəli sürülməsi və cari məhsul və xidmətlər üzrə düzəlişlərin təklif edirlməsi.

Qəbul edilmiş yenilik və inkişaf layihələri üzrə daxili qaydalar əsasında tətbiqetmə planı hazırlamaq və və tətbiqinə nəzarət etmək.

Məhsul sahibləri ilə iş görmək və onları istiqamətləndirmək, həmçinin zəruri məlumatların araşdırılmasında dəstək göstərmək.

Özünü və müvafiq daxili prosedur və qaydaları təkmilləşdirmək.

Tələblər:

Ali təhsil;

Dil bilikləri: Azərbaycan dili – ana dili, İngilis dili – sərbəst, Rus dili arzuediləndir;

İnnovativ yanaşma və araşdırma bacarıqlarına sahib olan entuziast, dinamik, məsuliyyətli, təşəbbüs göstərməyi və qərar verməyi bacaran, yüksək ünsiyyət bacarıqlarına sahib olması vacibdir;

Startup-lar ilə iş təcrübəsinin olması vacibdir;

Bank, Fintech sahəsində təcrübə arzuolunandır;

Proqramlaşdırma layihələri ilə iş təcrübəsinin olması arzuolunandır;

Agile metodologiyası üzrə layihə idarə etməsində təcrübəsinin və ya ən azından biliklərinin olması arzuolunandır;

Namizədlərdən CV-lərini “Araşdırma və inkişaf şöbəsi üzrə mütəxəssis” mövzusu ilə    [email protected]   adresinə göndərmək xahiş olunur. 

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]