AgroTrade Supply baş auditor axtarır
İşəgötürən: AgroTrade Supply
Vakansiya: Baş auditor
Son tarix: 08 oktyabr 2022
İş Yeri: ATS Qrup MMC
İş məkanı: Çinar Plaza
Tələblər:
-Təhsil səviyyəsi: Ali təhsil (Audit, maliyyə, mühasibatlıq sahəsində olması arzuolunandır)
-İş təcrübəsi: Sahə üzrə ən azı 4 il iş təcrübəsi (İstehsal, kənd təsərrüfatı sektorlarında audit, daxili nəzarət, risklərin idarə olunması funksiyaları üzrə təcrübə arzuolunandır)
-Ezamiyyət: 100% ezamiyyət tələbi
-Dil bilikləri: Azərbaycan (əla), İngilis dili (yaxşı), Rus (yaxşı)
-Kompüter bilikləri: MS Office programları üzrə biliklər (1 C, Uyumsoft arzuolunandı)
-Digər: ACCA sertifikatlarının olması arzu olunandır;
-CİA sertifikatının olması arzu olunandır;
-B kateqoriya üzrə sürücülük vəsiqəsinin olması arzuolunandır.
Vəzifədən gözləntilər:
-Audit layihəsi üzrə müvafiq audit proqramını tərtib etmək və icrasına nəzarət etmək;
-Kənar auditorlarla və digər yoxlama qurumları ilə ünsiyyət qurmaq;
-Audit işçilərinin işinə rəhbərlik etmək, istiqamətləndirmək və müvafiq hallarda dəstək olmaq;
-Beynəlxalq Maliyyə Uçotu Standartları barədə, yerli vergi və maliyyə uçotu sahəsində güclü biliklərin olması;
-Audit layihəsini prosedurlara, standartlara və digər tələblərə uyğun şəkildə başlanğıcdan sona kimi müvəffəqiyyətlə icra etmək;
-Audit prosesi zamanı çatışmazlıqları müəyyən etmək və məsul şəxlərlə razılaşdırmaq, o cümlədən biznesin mahiyyətini və müvafiq riskləri nəzərə almaqla aşkarlanmış çatışmazlıqlara uyğun olaraq tövsiyələr vermək;
-Layihə üzrə çatışmazlıqları ehtiva edən audit hesabatını tərtib etmək və məsul şəxslərə yönləndirmək;
-Audit nəticələrinin düzgün sənədləşdirilməsini təmin edən sübutları toplayaraq nəzərdən keçirmək və müvafiq tamlığını təmin etmək;
-Müvafiq şöbə və peşə standartlarına hər zaman əməl olunmasını təmin etmək;
-Yüksək səviyyəli, dəqiq və səmərəli nəticələri əldə etmək üçün təyin olunmuş tapşırıqları açıq və aydın şəkildə yoxlama üzvlərinə çatdırmaq.
Vəzifə üzrə səriştələr:
-Güclü şifahi və yazılı ünsiyyət bacarıqları;
-Məntiqi, riyazi və analitik düşüncə tərzi;
-İri həcmli verilənlər bazası ilə işləmək bacarığı;
-İdarəetmə bacarıqları
-Problemləri həll etmə;
-Detallara diqqətlilik;
-Keyfiyyətlilik və effektivlik.
Əmək haqqı: Razılaşmaya uyğun olaraq
Maraqlananların emaildə “Baş auditor” yazaraq CV-lərini göndərməyi xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 ay, 2 həftə, 12 saat, 3 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 3 gün, 12 saat, 58 dəq
- 7 ay, 2 həftə, 3 gün, 14 saat, 51 dəq
- 10 ay, 3 həftə, 1 gün, 9 saat, 36 dəq
-
11 ay, 3 gün, 5 saat, 7 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır