AgroTrade Supply auditor axtarır
İşəgötürən: AgroTrade Supply
Vakansiya: Auditor
Son tarix: 08 oktyabr 2022
İş Yeri: ATS Qrup MMC
İş məkanı: Çinar Plaza
Tələblər:
-Təhsil səviyyəsi: Ali təhsil (Audit, maliyyə, mühasibatlıq sahəsində olması arzuolunandır)
-İş təcrübəsi: Sahə üzrə ən azı 2 il iş təcrübəsi (İstehsal, kənd təsərrüfatı sektorlarında audit, daxili nəzarət, risklərin idarə olunması funksiyaları üzrə təcrübə arzuolunandır)
-Ezamiyyət: 100% ezamiyyət tələbi
-Dil bilikləri: Azərbaycan (əla), İngilis dili (yaxşı), Rus dili (orta)
-Kompüter bilikləri: MS Office programları üzrə biliklər (1 C, Uyumsoft arzuolunandı)
-Digər: ACCA (F5, F7, F8, F9) sertifikatlarının olması arzu olunandır;
-CİA Level 1 sertifikatının olması arzu olunandır;
-B kateqoriya üzrə sürücülük vəsiqəsinin olması arzuolunandır.
Vəzifədən gözləntilər:
-Beynəlxalq Maliyyə Uçotu Standartları barədə, yerli vergi və maliyyə uçotu sahəsində orta səviyyədə biliklərin olması;
-Qarşıya qoyulmuş vəzifələri, o cümlədən təsdiq olunmuş audit prosedurlarını tələb olunan müddət və keyfiyyətdə həyata keçirmək;
-Daxili nəzarət sistemlərinin effektiv və tərtib olunmuş qayda və prosedurlara uyğun fəaliyyət göstərməsini müəyyən etmək;
-Auditi həyata keçirilən şirkət, layihə və ya biznes prosesləri dərindən başa düşmək, aşkarlanmış çatışmazlıqları ümumiləşdirmək və müvafiq səviyyədə proses üzrə məsul şəxs ilə razılaşdırmaq;
-Biznes proseslərə xas və onlar üzrə qalıq riskləri müəyyənləşdirmək, risklər üzrə müvafiq audit prosedurlarını hazırlamaq;
-Proseslərin auditi zamanı sənədləşmələri müəyyən edilmiş standartlara uyğun şəkildə aparmaq.
Vəzifə üzrə səriştələr:
-Güclü şifahi və yazılı ünsiyyət bacarıqları;
-Məntiqi, riyazi və analitik düşüncə tərzi;
-İri həcmli verilənlər bazası ilə işləmək bacarığı;
-Problemləri həll etmə;
-Detallara diqqətlilik;
-Keyfiyyətlilik və effektivlik.
Əmək haqqı: Razılaşmaya uyğun olaraq
Maraqlananların emaildə “Auditor” yazaraq CV-lərini göndərməyi xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 ay, 2 həftə, 10 saat, 17 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 3 gün, 11 saat, 12 dəq
- 7 ay, 2 həftə, 3 gün, 13 saat, 5 dəq
- 10 ay, 3 həftə, 1 gün, 7 saat, 50 dəq
-
11 ay, 3 gün, 3 saat, 21 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır