AFB Bank-da yeni vakansiyalar – Kredit və rəqəmsal bankçılıq üzrə mütəxəssislər tələb olunur

1. AFB Bank Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil;
Rəqəmsal bank xidmətlərinin inkişafı sahəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq bacarığı;
MS Office (MS Word, MS Excel, Outlook), SQL proqramları üzrə biliklər;
Analitik düşünmə qabiliyyəti;
Yüksək səviyyədə təqdimat bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və operativlik;
Ünsiyyət, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
İstehlakçı davranışlarına əsasən ehtiyacların müəyyən edilməsi, əsas prioritetlərin və meyllərin aşkara çıxarılması;
Klassik bank məhsullarının rəqəmsallaşdırılması məqsədi ilə tədbirlər planının tərtib olunması və aidiyyatı struktur bölmələri ilə işin təşkil edilməsi;
İnternet və mobil bankçılıq sistemlərində yeni məhsul və xidmətlərin yaradılması və ya mövcud xidmətlərin optimallaşdırılması üçün texniki tapşırığın formalaşdırılması;
Texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında hazırlanmış web tətbiqlərin testdən keçirilməsi və lazımi düzəlişlərin edilməsi;
Yeni rəqəmsal məhsul və xidmətlərin hazırlanması zamanı yerli və xarici potensial tərəfdaşlarla danışıqların aparılması;
Rəqəmsal bankçılıq sistemində istifadəçi rəylərinin aktiv şəkildə toplanılması prosesinin təşkili və sistemin təkmilləşdirilməsi istiqamətində təkliflər paketinin hazırlanması;
Rəqəmsal bankçılıq sisteminə dair biznes proseslər üzrə xəritələrin qurulması və blok-sxemlərin hazırlanması;
Rəqəmsal bankçılıq üzrə məhsul və xidmətlərin müştərilər tərəfindən istifadə aktivliyinin, məhsul və xidmətlərin satışı istiqamətində işin təşkil edilməsi;
Yaranmış texniki çətinliklərin aradan qaldırılması üçün Bankın aidiyyatı struktur bölmələri, yerli və xarici partnyorları ilə işin koordinasiya edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
2. AFB Bank İstehlak kreditləri üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Gəncə, Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil;
Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;
Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
Kredit müraciətlərinin qəbulu və analizi;
Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;
Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
Verilmiş kreditlərin monitorinqinin aparılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İstehlak kreditləri üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
3. AFB Bank Korporativ kreditlər üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Baş mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Gəncə, Qəbələ, Bakı, şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil;
Bank və ya bank olmayan kredit təşkilatında 3 il iş təcrübəsi;
Bank qanunvericiliyi bilikləri;
Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus dili bilikləri arzu olunandır;
Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
Məsuliyyətlilik və dəqiqlik.
İŞİN TƏSVİRİ:
Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiyalar
-
6 saat, 25 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 6 saat, 34 dəq
- 6 saat, 35 dəq
- 6 saat, 37 dəq
- 6 saat, 43 dəq