AzəriMed əczaçı axtarır
İşəgötürən: AzəriMed QSC
Vakansiya: Əczaçı
Son tarix: 05 iyun 2022
Tələblər:
-Təhsil: Tibb təhsili (Ali və ya orta ixtisas);
-Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;
-Kompüter bilikləri: MS ofis proqramlarını (Word, Excel) orta səviyyədə bilməlidir.
Vəzifə öhdəlikləri:
-Müştərilərə məhsul seçimində köməklik göstərmək;
-Dərman preparatları və tibbi ləvazimatların satış prosesini həyata keçirmək;
-Aptekə daxil olan malları yoxlamaq, tərkiblərinə uyğun və tələb olunan qaydada yerləşdirmək;
-Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət yetirmək;
-Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək;
-Sifarişi dəqiq və vaxtında yerinə yetirmək.
İş şəraiti:
-İş qrafiki: Növbəli
-Əmək haqqı: 400-600 AZN. Bonus sistemi mövcuddur.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Əczaçı” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-58-71 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Vakansiyalar
- 2 ay, 2 həftə, 2 saat, 14 dəq
- 3 ay, 2 həftə, 4 saat, 7 dəq
- 6 ay, 2 həftə, 4 gün, 22 saat, 52 dəq
-
6 ay, 4 həftə, 2 gün, 18 saat, 23 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 4 gün, 2 saat, 21 dəq