Veysəloğlu MMC regional satış müdiri axtarır
İşəgötürən: Veysəloğlu MMC
Vakansiya: Regional satış müdiri
Son tarix: 04 iyun 2022
İş yeri: Bakı şəhəri
Təhsil: Ali (Biznesin İdaredilməsi,Marketinq və ya İqtisad yönümlü).
Vəzifə öhdəlikləri:
-Günlük satış analizini kateqoriya bazında araşdırmaq ,Satış hesabatlarını kontrol və analiz etmək;
-Satış müdirlərinin və satış təmsilçilərinin aylıq hədəflərini təyin edərək bu barədə məlumatlandırmanı həyata keçirmək və mütəmadi olaraq hədəflərin yerinə yetirilmə hərəkətini izləmək;
-Gündəlik olaraq xüsusi tapşırıqların hesabatına nəzarət etmək;
-Görülən işlərin ərazidə yoxlanılmasına günlük və ya həftəlik olaraq nəzarət etmək,mütəmadi ezamiyyətə getmək;
-Ərazidəki potensiallı müştərilərin satışına mütəmadi olaraq nəzarət etmək və satışın artırılması istiqamətində təkliflər vermək;
-Hər ayın əvvəli keçən ayın satış müdiri və satış təmsilçi bazında (rayon üzrə sub kateqoriya satışlar və nöqtə sayı) hesabatları təqdim etmək;
-Rəhbərlik tərəfindən müəyyən vaxtlarda təyin edilmiş digər vəzifələrin icra edilməsi
Tələblər:
-Satış sahəsi üzrə rəhbər kimi ən azı 3 il təcrübə;
-Analitik düşünmə və problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
-Yüksək səviyyədə ünsiyyət qurma və təqdimat bacarığı;
-Təşəbbüskarlıq,mükəmməl mentorluq,kouçinq,komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
-Microsoft Office (Excel) komputer proqramından sərbəst istifadə etmək bacarığı
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
-İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-Nahar ilə təmin edilmə
İş qrafiki: 5 gün 09:00-dan 18:00-dək
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “regional satış müdiri” yazmaqla müraciət edilir.
Vakansiyalar
- 2 ay, 1 həftə, 5 gün, 9 saat, 48 dəq
- 3 ay, 1 həftə, 5 gün, 11 saat, 41 dəq
- 6 ay, 2 həftə, 3 gün, 6 saat, 26 dəq
-
6 ay, 4 həftə, 1 gün, 1 saat, 57 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 gün, 9 saat, 55 dəq