ARI Global marketinq üzrə mütəxəssis axtarır
İşəgötürən: ARI Global
Vakansiya: Marketinq üzrə mütəxəssis
Son tarix: 18 noyabr 2022
Öhdəliklərimiz:
-Şirkətin fəaliyyət göstərdiyi bazarı tanımaq, onun rəqabət şərtlərini araşdırmaq və bu istiqamətdə marketinq yönümlü analizlər etmək;
-Rəqiblərin məhsul və xidmətlərini, o cümlədən onların rəqabətlilik qabiliyyətlərini araşdırmaq;
-Şirkətin marketinq planını və strategiyalarını hazırlamaq;
-Məhsul və xidmətlərin təkmilləşdirilməsi istiqamətində çalışmalar aparmaq;
-Məhsul və xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində təkliflər hazırlamaq;
-Şirkətin reklam kanallarının effektivliyini izləmək;
-Şirkətin marketinq büdcəsini idarə etmək;
Tələblərimiz:
-İqtisadi sahələrdə ali təhsili olan və bu sahə üzrə bundan əvvəl ən azı 2 il işləmiş şəxslərə öncəlik veriləcək;
-Əməkdaşımız öz dilimizdə səlis nitqə (həm şifahi, həm yazılı) sahib olmalıdır (ana dili kimi ingilis və rus dilini bilən namizədlər arzuolunandır);
-İrəli səviyyədə “MS Office” proqramlarını bilməlidir;
-Araşdırma, strateji düşünmə, planlama və qərarvermə bacarığı şərtdir;
-Xoş ünsiyyətə, komanda ruhuna, səliqəyə və məsuliyyətliliyə xüsusilə diqqət yetiririk;
Şərtlərimiz:
-6 günlük iş həftəsi;
-Rəqabətli əməkhaqqı namizədlərlə müsahibə mərhələsində müzakirə ediləcək;
Uyğun namizədlər [email protected] e-poçt ünvanımıza müraciət edə bilərlər.
Vakansiyalar
-
2 ay, 1 həftə, 5 gün, 19 saat, 48 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 1 gün, 20 saat, 43 dəq
- 7 ay, 2 həftə, 1 gün, 22 saat, 36 dəq
- 10 ay, 2 həftə, 6 gün, 17 saat, 21 dəq
-
11 ay, 1 gün, 12 saat, 52 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır