166 Yükdaşıma və Logistika operator-koordinator axtarır
İşəgötürən: 166 Yükdaşıma və Logistika
Vakansiya: Operator-koordinator
Son tarix: 18 noyabr 2022
Öhdəliklər:
-Qaynar xətt vasitəsilə daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
-Xidmət haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərin qiymətinin müştərilərə bildirilməsi;
-Hər bir müştəriyə lazımi xidmətlərin göstərilməsini təmin edilməsi və xidmət ehtiyaclarının ödənilməsinin izlənilməsi;
-Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda müştəriyə dərhal məlumatın verilməsi;
-Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı məlumatların sistemdə qeydə alınması.
Tələblər:
-Peşə və ya ali təhsil arzu olunandır;
-Sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
-Azərbaycan və rus dilində səlis yazı və danışıq bacarığı (ingilis dili bilikləri üstünlükdür);
-Dinləmə və effektiv ünsiyyət bacarığı;
-İntizamlılıq və tez öyrənmə bacarığı.
İş şərtləri:
-İş qrafiki 6 günlük;
-Karyerada yüksəliş imkanı.
Namizədlər mövzu hissəsinə “Operator-koordinator” qeyd edərək [email protected] elekton ünvanına CV formalarını göndərərək müraciət edə bilərlər.
Vakansiyalar
- 2 ay, 2 həftə, 1 gün, 11 saat, 19 dəq
- 3 ay, 2 həftə, 1 gün, 13 saat, 12 dəq
- 6 ay, 2 həftə, 6 gün, 7 saat, 57 dəq
-
7 ay, 1 gün, 3 saat, 28 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 5 gün, 11 saat, 26 dəq