“Yeni mağazaların açılışı üzrə koordinator” tələb olunur

İşəgötürən – Azerbaijan SuperMarket
Vəzifə – Yeni mağazaların açılışı üzrə koordinator
Şöbə: Pərakəndə satışın idarə edilməsi
Yerləşmə: Baş Ofis
Vəzifə öhdəlikləri:
-Mağaza Menecerləri ilə birgə yeni mağazaların təşkili və açılışı prosesini tənzimləmək və koordinasiya etmək.
-Açılış öncəsi kritik addımların həyata keçirilməsini koordinasiya etmək.
-Yeni mağazanın açılış gedişatı haqqında Əməliyyat Direktoru üçün hesabatların hazırlanmasında köməklik etmək.
-Müvafiq şəxslərin düzgün vaxtda düzgün yerdə olmasına əmin olmaq üçün İR heyəti ilə birgə işçilərin cəlb olunması prosesinə köməklik göstərmək.
-Mağazanın inkişafı üzrə heyəti təklif olunmuş mağaza planları ilə bağlı müvafiq məlumatla təmin etmək.
-Kommersiya komandaları ilə əlaqədə olaraq əmtəə düzəni və planoqramı razılaşdırmaq və həyata keçirmək.
-Biznes prosesinə uyğun olaraq yeni mağazalar üçün planoqram və əməliyyat standartlarında mükəmməlliyə nail olmaq.
-Yeni mağazalardakı qida təhlükəsizlik standartlarına, yerli qanunvericiliyə, eləcə də sağlamlıq və təhlükəsizlik tələblərinə riayət etmək.
-Müvafiq tədbir planlarının islahedici tədbirlərə uyğunluğunu təmin edərək, yeni və mövcud mağazalarda gigiyenik qaydalar üzrə audit prosesini tənzimləmək.
-Şirkətin siyasət və proseduralarına riayət etmək.
-Biznes trendləri və rəqiblərin fəaliyyəti ilə bağlı məlumatları davamlı şəkildə yeniləmək
-Davamlı inkişaf prosesinə töhfə vermək.
-Biznesin ticari inkişafı prosesinə töhfə vermək.
-Market açılışları üzrə menecerə müvafiq gündəlik/həftlik/aylıq hesabatları təqdim etmək.
-Yeni mağazanın açılışına kömək etmək üçün vaxtaşırı yeni mağazalara ziyarətlər etmək.
Namizədə dair tələblər:
-Təhsil və təcrübə:
-Ali təhsil.
-1 ilədək malların planoqramı sahəsində təcrübə.
-Pərakəndə satış mühitində 2-3 il təcrübə.
Bilik və bacarıqlar:
-Təfərrüata diqqət, tənqidi və müstəqil düşünmə bacarıqları, öyrənmək üçün motivasiya.
-Excel proqramından qabaqcıl istifadə bacarığı.
-Güclü analitik və problem həll etmə bacarığı.
-Pərakəndə biznes ölçüləri və hesabatlar ilə işləmə bacarığı.
-Yeni vasitələr/texnologiyaları öyrənmək və davamlı təkmilləşmək üçün güclü istək.
-Dinamik, qeyri-müəyyən və sürətli templi mühitdə bir neçə tapşırıqları eyni adna yerinə yetirmək bacarığı, eyni zamanda mütəşəkkil və təfərrüat yönümlü olmaq.
-Pərakəndə satış təcrübələri və prosedurları haqqında iş bilikləri.
-Mürəkkəb təhlil aparmaq, nəticələrin kəmiyyətini müəyyənləşdirmək və nəticələrə əsaslanan müvafiq tədbirləri tövsiyə etmək bacarığı.
-Azərbaycan dilində yüksək səviyyədə biliklərə sahib olmaq (İngilis və ya rus dili arzu olunandır).
Maraqlanan namizədlər email ünvanına [email protected] “Yeni mağazaların açılışı üzrə koordinator” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 gün, 49 dəq
- 2 gün, 51 dəq
- 2 gün, 53 dəq
- 2 gün, 56 dəq
- 2 gün, 1 saat