Layihə Koordinatoru tələb olunur
İşəgötürən – Business Insight International Research Group
Tələblərimiz:
Yalnız kişi namizədlər;
Ali təhsil;
Yaş həddi: 22-35;
Microsoft proqramlarında işləmək bacarığı;
Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarığı;
Kollektivdə işləmək bacarığı;
Marketinq və marketinq kommunikasiya bilikləri;
Ölkədaxili ezamiyyətə çıxış imkanlarının sərbəst olması;
Rus və İngilis dil biliklərinin ən azı orta səviyyədə olması mütləqdir;
Araşdırmaya meyilli olmaq;
Problem həlletmə qabiliyyətinin yüksək olması;
Rəqəmsal loyallıq və müştəri sədaqəti proqramları üzrə bilik və bacarıqların olması arzuolunandır.
İş öhdəlikləri:
Tədbirlərin təşkil olunması və idarəolunması;
Bölgə üzrə təyin olunuş regional nümayəndələrlə əlaqə saxlamaq, mövcud vəziyyətlə maraqlanmaq;
Layihə icrası və kampaniyaların keçirilməsi proseslərinin koordinasiya olunması;
Layihələrin idarəolunması zamanı, zəruri hallarda günəmuzd əməkdaşların cəlb olunması;
Marketinq və müştəri loyallığı üzrə təklif və ideyaların verilməsi;
Rəqəmsal loyallıq, marketinq və marketinq kommunikasiya alətlərinin, eləcədə kampaniyaların idarəolunması;
Kampaniya / müsabiqələrin təşkil olunması və həyata keçirilməsi;
Layihə rəhbəri tərəfindən qoyulan tapşırıqların təyin olunan zaman içərisində icrası;
Hesabatların yazılı qaydada PPT təqdimat və digər yazılı üsullarla təqdim ollunması.
İş şəraiti:
Öyrədici və inkişafameyilli iş mühiti.
Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə;
İş vaxtı həftədə 6 gün;
Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Maraqlı olan namizədlər öz CV-lərini “Layihə Koordinatoru” başlığı altında [email protected] göndərə bilərlər.
Vakansiyalar
-
17 saat, 28 dəq
Casino Boomerang – Sicherheits‑Guide für österreichische Spieler
- 22 saat, 58 dəq
-
1 gün, 2 saat, 56 dəq
Online Casino: How to Select a Platform and Commence Playing
- 1 gün, 4 saat, 4 dəq
-
1 gün, 7 saat, 23 dəq
WildRobin στην Ελλάδα – Πλήρης οδηγός καζίνο, μπόνους και ασφαλή παιχνίδι