Müştəri Xidmətləri Bölməsinin Koordinatoru tələb olunur
İşəgötürən – Grand Motors Company
Namizədə olan tələblər:
Təhsil: Ali;
İş təcrübəsi: sahə üzrə minimum 1 il;
Kompüter bilikləri: Word, Excel (orta və üzəri səviyyədə);
Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – arzuolunandır;
Tikinti texnikaları haqqında ilkin biliklər arzuolunandır;
Analitik düşüncə qabiliyyəti;
Problem həll etmə bacarığı.
Vəzifə öhdəlikləri:
Müştərilərdən şifahi, telefon və maillə daxil olan sifarişlərin qəbul edilməsi, gündəlik hesabatın tərtib edilməsi;
Gündəlik olaraq şirkət daxili və müştərilər tərəfindən daxil olan sorğuların araşdırılması və müvafiq əməkdaşlara yönləndirilməsi;
Lazımi ehtiyat hissələrinin qiymət təkliflərinin hazırlanması;
Sifarişlərin periodik olaraq statuslarının yoxlanılması və müştərilərə məlumatların verilməsi;
Prosedurla müəyyən edilmiş sənədləşmənin aparılması və arxivləşdirilməsi;
Görülən və açıq qalan sorğuların araşdırılması və son statusu barədə rəhbərliyə məlumat verilməsi
İş şərtlərimiz:
Əmək haqqı: 800 – 1000 AZN;
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
Servis xidməti.
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, “Neptun” marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Müştəri Xidmətləri Bölməsinin Koordinatoru” yazaraq [email protected] adresinə göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 gün, 10 saat, 25 dəq
- 1 gün, 10 saat, 34 dəq
- 2 gün, 13 saat, 53 dəq
- 2 gün, 15 saat, 4 dəq
- 2 gün, 15 saat, 8 dəq