Build Your Future layihə koordinatoru axtarır

İşəgötürən: Build Your Future
Vakansiya: Layihə koordinatoru
Son tarix: 21 may 2023
Müraciət üçün son tarix: 20 may 2023-cü il
Tələblər:
-Ali təhsil (minimum bakalavr dərəcəsi)
-Sosial layihə və proqramlarda peşəkar təcrübə (minimum 3 il)
-İngilis dili biliyi (B1-B2 Intermediate/Upper Intermediate)
-Kompüter proqramları biliyi (MS Office)
-Kreativ və təşəbbüs göstərən, gənclərin inkişafına yönəlmiş yeni layihə və proqram ideyalarını yarada bilən
-Komandada və müstəqil şəkildə işləyə bilən
-Məqsədyönlü, məsuliyyətli, detallara qarşı diqqətli
-Ünsiyyət və təqdimat bacarıqları
Vəzifə və öhdəliklər:
-Layihə iştirakçıları (abituriyentlər), Layihə məzunları (tələbələr) və Layihə könüllüləri ilə işin təşkili
-Tədbir və təlimlərin təşkili
-Yeni layihə və proqramların yaradılmasında iştirak
-Layihənin seçim prosesinin planlaşdırılması və həyata keçirilməsi
-Hesabatların hazırlanması (Azərbaycan və ingilis dillərində)
-Layihə çərçivəsində digər iş və tapşırıqların yerinə yetirilməsi
Vakansiyaya müraciət:
Göstərilən tələblərə cavab verən namizədlər aşağıdakı sənədləri “Project Coordinator” başlığı ilə (subject) elektron ünvanına göndərə bilərlər:
1. CV (maksimum 2 səhifə)
2. Motivasiya Məktubu (motivasiya məktubunda əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur)
Qeyd:
-Natamam, tələblərə uyğun olmayan və son müraciət tarixindən sonra göndərilmiş müraciətlərə baxılmayacaq.
-Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 gün, 19 saat, 29 dəq
- 2 gün, 19 saat, 31 dəq
- 2 gün, 19 saat, 33 dəq
- 2 gün, 19 saat, 35 dəq
- 2 gün, 19 saat, 37 dəq