166 Yükdaşıma və Logistika operator-koordinator axtarır

İşəgötürən: 166 Yükdaşıma və Logistika
Vakansiya: Operator-koordinator
Son tarix: 18 noyabr 2022
Öhdəliklər:
-Qaynar xətt vasitəsilə daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
-Xidmət haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərin qiymətinin müştərilərə bildirilməsi;
-Hər bir müştəriyə lazımi xidmətlərin göstərilməsini təmin edilməsi və xidmət ehtiyaclarının ödənilməsinin izlənilməsi;
-Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda müştəriyə dərhal məlumatın verilməsi;
-Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı məlumatların sistemdə qeydə alınması.
Tələblər:
-Peşə və ya ali təhsil arzu olunandır;
-Sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
-Azərbaycan və rus dilində səlis yazı və danışıq bacarığı (ingilis dili bilikləri üstünlükdür);
-Dinləmə və effektiv ünsiyyət bacarığı;
-İntizamlılıq və tez öyrənmə bacarığı.
İş şərtləri:
-İş qrafiki 6 günlük;
-Karyerada yüksəliş imkanı.
Namizədlər mövzu hissəsinə “Operator-koordinator” qeyd edərək [email protected] elekton ünvanına CV formalarını göndərərək müraciət edə bilərlər.
Vakansiyalar
- 6 saat, 34 dəq
- 6 saat, 41 dəq
- 6 saat, 45 dəq
- 6 saat, 48 dəq
- 6 saat, 55 dəq