Layihə Koordinatoru

Koordinator


İşəgötürən – Edumedia

İşin təsviri:

Layihələrin gedişatına nəzarət etmək və iş axınını yolunda saxlamaq üçün xarici komanda üzvlərini koordinasiya etmək;

İşin keyfiyyətini yoxlamaq və tələb olunan qaydada uyğunlaşdırmaq;

Layihələrin sənədləşmə prosesini standartlara uyğun hazırlamaq və həyata keçirmək;

Digər layihə qrupları ilə koordinasiyanı həyata keçirmək;

Tapşırıqları vaxtında yerinə yetirmək;

Layihə rəhbəri tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

Minimum bakalavr dərəcəsi;

Əlaqədar sahədə ən azı 1 il peşəkar təcrübə;

Azərbaycan və İngilis dilində şifahi və yazılı ünsiyyət bacarığı;

Azərbaycan dilindən peşəkar səviyyədə istifadə etmək və rəsmi dil normalarına (fonetik normalar, leksik qaydalar, qrammatika) riayət etmək bacarığı;

Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint, Microsoft Teams, Zoom, Skype proqramlarından peşəkar istifadə etmək bacarığı;

Analitik düşüncə tərzi;

İşə diqqətli və məsuliyyətli yanaşma;

Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət;

Nəticəyönümlülük və punktuallılıq;

Təşəbbüskarlılıq və tələbkarlılıq;

Vaxtı düzgün və səmərəli planlaşdırmaq və son tarixlərə riayət etmə.

Müraciət etmə qaydaları: 

Maraqlanan namizədlərdən CV-lərini Mövzu sətrində “Layihə koordinatoru” qeyd edərək 20 sentyabr 2023-cü il tarixinə qədər    [email protected]   e-mail ünvanına göndərmələri xahiş olunur:

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]