Mexanik-Koordinator tələb olunur

Koordinator


İşəgötürən – Azerbaijan Poultry Company

Vakansiya haqqında məlumat:

Həvalə edilmiş avtomobil və onun avadanlıqlarını lazımi qaydada saxlamaq;

Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;

Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını  təmin etmək;

Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin  etmək;

İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;

Nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatlar tərtib etmək, avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq;

Rəhbərlik tərəfindən tələb olunan digər işlərin icra olunması

Tələblər:

Ali təhsil (müvafiq sahə üzrə) ;

Müvafiq sahəsində 2 ildən çox iş təcrübəsi;

Nəqliyyat vasitələrinin quruluşu, istismarı və texniki xidmətlərin əsaslarını bilmək 

Çeviklik və uyğunlaşma bacarığı; 

Komanda işləmək bacarığı;

Çeviklik və uyğunlaşma bacarığı;

Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı.

İş şəraitinin şərtləri:

İş qrafiki : 6 gün həftədə ( İstirahət günü: Bazar günü )

Ə/h müsahibə əsasında təyin olunur 

Müraciət üçün son tarix: 30.09.2023

CV-nizi başlıqda ” Mexanik Koordinator” qeyd etməklə   [email protected]  adresinə göndərməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]