Vakansiya: Satış şöbəsinin müdiri tələb olunur

Müdir


İşəgötürən: Balli Bisi

Vakansiya: Satış Şöbəsinin Müdiri

Son tarix: 30 sentyabr 2022

İşin təsviri:

-Satış departamenti üçün qayda və prosedurları hazırlamaq və tətbiq etmək;

-Şöbənin strateji hədəflərinin və satış planlarının hazırlanması

-Yeni satış metodologiyaları və texnikalarını tətbiq etmək və inkişaf etdirmək;

-Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;

-Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;

-Yeni məhsul və xidmətlər ilə bağlı Marketinq şöbəsi ilə mütamadi olaraq danışıqlar aparmaq;

-Satış istiqamətində filialların bütün işini koordinasiya etmək və filiallarda satış komandalarını formalaşdırmaq;

Tələblər:

-İqtisadiyyat, İdarəetmə, Biznesin təşkili sahəsində ali təhsil üstünlükdür

-Satış və ya  kommersiya sektorunda  ən azı 3-5 il iş təcrübəsi

-Azərbaycan və Rus dillərində səlis danışıq

-Mükəmməl liderlik və idarətmə bacarıqları;

-Yüksək və effektiv ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;

-MS Office proqramlarında sərbəst işləmə qabiliyyəti

-Yüksək analitik düşüncə, problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;

-Fərdi və komanda şəklində effektiv çalışma bacarığı

İş qrafiki:

-İş saatı: 09:00-18:00 ( 6 günlük iş qrafiki ) 

Ünvan: Yasamal r, N.Nərimanov, Şamaxinka

Ə.h: 1500-2500 AZN (Net) + KPİ

Maraqlanan namizədlər mövzu yerində “Satış Müdiri” yazmaqla öz CV-lərini göndərə bilərlər

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]