Zeytun Pharmaceuticals apteklər üzrə koordinator axtarır

İşəgötürən: Zeytun Pharmaceuticals
Vakansiya: Apteklər üzrə koordinator
Son tarix: 17 sentyabr 2022
Tələblər:
-Ali TİBBİ təhsil;
-Aptek və dərman sahələri üzrə minimum 5 il iş təcrübəsi;
-Azərbaycan və Rus dilləri üzrə sərbəst biliklər;
-Kompüter bilikləri (Excel üzrə mükəmməl biliklər);
-1C proqramı ilə sərbəst işləmə bacarığı;
-İdarəetmə və ünsiyyət qurma bacarığı.
Öhdəliklər:
-Apteklərə dərman sifarişlərinin verilməsinə nəzarət etmək
-Apteklərdə olan dərman vasitələrinin çeşidlərinin tamlığına nəzarət
-Aptekdə olan dərman preparatlarının son istifadə tarixinə gündəlik nəzarət olunması
-Apteklərdə dərman preparatlarının saylarına nəzarət və artıq yüklənmələri tənzimləmək
-Dərman preparatlarının tələbə uyğun olaraq apteklər arasinda yerdəyişməsini təmin etmək və baza sistemində yerləşdirmək
-Apteklərə tələb olunan vakant yerlərə namizədlərin bilik səviyyəsinin yoxlanılması
-Rəqib aptek şəbəkələrində dərman vasitələrinin çeşidlərinə dair bazar araşdırması
-Apteklərin satış dövriyyəsinin artırılmasına dair uyğun təkliflərin hazırlanması və əsaslandırılmış formada layihə rəhbərinə təqdim olunması
-Satınalma menecerləri ilə əlaqəli səkildə dərman vasitələrinin sirkətin tələblərinə uyğun olaraq vaxtinda təhvil verilməsinə nəzarət etmək
-Apteklərin sığorta şirkətləri ilə işinə nəzarət
-Apteklərdə satılan dərman vasitələrinin bilavasitə sığorta tələbinə uyğun olmasına nəzarət
-Satılan dərman vasitələrinin aptek daxilində hesabatlarının aparılması
-Apteklərdə işçilər tərəfindən siğortaya səhvən satılmış dərman vasitələrinin araşdırılması, işçilərə açıqlamaların verilməsi və tutulmaların aparılması
-Sığorta hesabatlarının müvafiq siğorta şirkətləri ilə üzləşməsi və hesabatlarının layihə rəhbərinə təqdimatını icra etmək
İş şəraiti:
-İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
-5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
-Nahar şirkət tərəfindən təmin olunur;
-Tibbi siğorta ilə təmin olunma;
-Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 8 saat, 48 dəq
- 8 saat, 50 dəq
- 8 saat, 52 dəq
- 8 saat, 53 dəq
- 8 saat, 56 dəq