Xəzinədarlıq şöbəsinin müdiri tələb olunur

İşəgötürən – Azərpoçt
Vəzifə öhdəlikləri:
Şöbənin fəaliyyətini təşkil edilməsi və ona rəhbərlik edilməsi;
Şöbə əməkdaşlarının vəzifə təlimatlarının hazırlanması;
Şöbəyə aid müzakirə edilməli məsələləri müəyyən edilməsi və departament direktoruna təkliflərin verilməsi;
İş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edilməsi;
İnvestisya portfelinin nəzarətdə saxlanılması;
Büdcələmə prosesində gözləntilərin formalaşdırılması, təhlillər aparılması;
Yeni yerləşdirmələrin təsdiq olunmuş strategiya uyğun olmasına nəzarət edilməsi;
Yeni yerləşdirmələrin requlativ normalar və limitlər çərçivəsində olmasına nəzarət edilməsi;
Şöbənin işçilərinin əmək və icra intizamına riayət etmələrinə nəzarət edilməsi və onların davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edilməsi;
Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.
Vəzifə üzrə tələblər:
İqtisadiyyat, Maliyyə və ya biznes idarəçiliyi üzrə ali təhsil;
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
Səlis Azərbaycan və İngilis dili biliyi;
Excel proqramını yüksək səviyyədə bilmək;
Analitik düşünmə qabiliyyəti;
Komanda şəklində işləmək bacarığı;
Çeviklik;
Problem həll etmə bacarığı;
Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
CFA və ya FRM 1-ci səviyyə olması arzuolunandır.
İş şəraiti:
5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
Korporativ nömrə ilə təmin olunma ;
Bazar rəqabətli əmək haqqı;
İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Xəzinədarlıq şöbəsinin müdiri” qeyd etməklə CV-lərini [email protected] adresinə göndərə bilərlər.
Vakansiyalar
- 2 gün, 7 saat, 40 dəq
- 2 gün, 7 saat, 43 dəq
- 3 gün, 58 dəq
- 3 gün, 1 saat, 40 dəq
- 3 gün, 1 saat, 42 dəq