Veysəloğlu şirkətlər qrupunda Şöbə müdiri vakansiyası
Veysəloğlu Şirkətlər Qrupu Biznes Sistemlərinə Dəstək Şöbə Müdiri vakansiyasını elan edir.
Başlama Tarixi
07.04.2022
Bitmə Tarixi
07.05.2022
Vəzifə öhdəlikləri:
-Şirkətdə İT layihələrin həyata keçirilməsində iştirak etmək;
-Biznes sistəmləri üzrə daxili qaydaların və normativlərin işlənib hazırlanması, daxili qaydaların təkmilləşdirilməsini təmin etmək;
-Proseslərin avtomatlaşdırılması, rəqəmsallaşdırılması və sadələşdirilməsi üçün tədqiqatlar aparmaq;
-Yeni biznes sistemlərinin şirkətin müvafiq texniki mühitində test edilməsinə nəzarət etmək;
-Şirkətin müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes proseslərin tətbiq edilməsinə dəstək vermək;
-Korporativ standartlara və ITIL təcrübəsinə uyğun olaraq mövcud biznes sistemlərini və vasitələrini idarə etmək;
-Biznes tətbiqi ilə bağlı layihələrin hazırlanma dövrünün bütün mərhələlərini idarə etmək, ilkin biznes tələblərini toplamaq, təklif və qiymətləndirmə hissələri ilə bağlı sorğular hazırlamaq;
-Biznes sistemləri üzrə minimal test planlarının və test ssenarilərinin hazırlanmasında iştirak etmək;
-Şöbəyə daxil olan xidmət sorğularının və insidentlərin həll və ya düzgün koordinasiya olunmasına nəzarət etmək.
Tələblər:
-Ali təhsil;
-Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
-Müxtəlif informasiya, əməliyyat sistemləri, proqram təminatları şəbəkə və serverlər, eyni zamanda beynəlxalq İT standartları üzrə biliklər;
-Yüksək səviyyədə MS Office bilikləri;
-Azərbaycan dili biliyi (ingilis dili biliyi arzuolunandır);
-Yüksək idarəetmə, çevik qərarvermə və təşkilatçılıq bacarığı.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Biznes Sistemlərinə Dəstək Şöbə Müdiri” yazmaqla, öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Həmçinin buradan CV göndərə bilərsiniz.
Vakansiyalar
- 1 saat, 6 dəq
- 1 saat, 9 dəq
- 1 saat, 45 dəq
- 1 saat, 48 dəq
- 3 ay, 2 həftə, 2 gün, 16 saat, 23 dəq