Vakansiya: İnsan resursları üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Bani Seminariyası
Vakansiya: İnsan Resursları üzrə Mütəxəssis
Son tarix: 01 iyun 2023
İş yeri: Gəncə şəhəri
İş rejimi: 6 günlük
İş saatı: 09:00 – 18:00
Əmək haqqı: Müsahibə əsasında.
Əsas vəzifə və öhdəlikləri:
-Vakansiyalar ilə bağlı iş elanlarını hazırlayıb yerləşdirmək, CV-ləri təhlil etmək, məlumat bazasında qeydləri aparmaq;
-Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibəni təşkil etmək;
-İşçilər arasında məmnuniyyət sorğusunun keçirilməsi və nəticələrinin analizini həyata keçirmək;
-İşçilərin təlim ehtiyaclarının öyrənilib onlar üçün təlim proqramının hazırlanması və keçirilməsinə dəstək olmaq;
-İnsan resurslarının idarə edilməsi ilə bağlı hazırlanan prosedurların şirkətdə tətbiqini və işçilərə kommunikasiya olunmasını həyata keçirmək və s.
Namizədə tələblər:
-Təhsil : Natamam ali
-İş təcrübəsi : 1 ildən 3 ilə qədər
-Yaş : 23 – 45
-Ali təhsil (İqtisadiyyat, Menecment, Hüquqşünaslıq, Psixologiya sahəsində təhsil alan namizədlərə üstünlük verilir)
-İnsan Resursları sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
-Məsuliyyətlilik, təşəbbüskarlıq, punktuallıq, təşkilatçılıq, problem həlletmə, empatiya, yenilikçilik,
-Microsoft Office proqramları (Word, Excel, PowerPoint) ilə işləmək bacarığı.
Vakansiyaya müraciət üçün CV-lərin “İR mütəxəssis-Gəncə” başlığı ilə [email protected] mail ünvanına göndərilməsi xahiş olunur.
Vakansiyalar
- 1 gün, 6 saat, 7 dəq
- 1 gün, 6 saat, 9 dəq
- 1 gün, 6 saat, 11 dəq
- 1 gün, 6 saat, 13 dəq
- 1 gün, 6 saat, 15 dəq