İnsan resursları üzrə kiçik mütəxəssis tələb olunur (Biləsuvar)

İş elanını dərc edən – Azərsun Holdinq
Vakansiay: İnsan resursları üzrə kiçik mütəxəssis (Biləsuvar)
Tələblər:
-İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
-MS Office, Elektron Hökümət Portalından istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
-AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
-Miqrasiya məcəlləsini bilməli;
Əlaqədar sahə üzrə iş təcrübəsi olması üstünlükdür.
İş Tanımı
-Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
-Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
-Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi, sosial sığorta kartlarının açmasının təmin edilməsi;
-İşçilərin şəxsi işlərinin formalaşdırılması;
-Əmək kitabçalarına qeydiyyatların aparılması;
-Məzuniyyət qrafikinə uyğun işçilərin məzuniyyətlərini rəsmiləşdirilməsi;
-İşçilərin tibbi müayinədən keçirilməsi və illik təqib edilməsi;
-Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparılması, onların işə davamiyyətinə nəzarətin həyata keçirilməsi;
-Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparılması;
-İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarətin edilməsi.
İş şərtləri:
-Həftə içi 5 gün, 09:00-18:00
İş yeri:
Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnsan resursları üzrə kiçik mütəxəssis (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.
Vakansiyalar
- 19 saat, 14 dəq
- 20 saat
- 20 saat, 38 dəq
- 21 saat, 25 dəq
- 21 saat, 26 dəq