İşə qəbul şöbəsinin rəhbəri tələb olunur

İnsan resursları mütəxəssisi


İş elanını dərc edən –  OBA marketlər şəbəkəsi

Vəzifə: İşə qəbul şöbəsinin rəhbəri

Vəzifə öhdəlikləri:
-Cari işə qəbul prosedurlarını dəyərləndirərək onların effektivliyini və səmərəliyini artırmaq üçün gərəkli dəyişiklikləri həyata keçirmək (işin tətbiqi, “onboarding” prosesləri və s.)
-İşə qəbul mühitini analiz edərək şirkətin İR strategiyasına uyğun gələn prosedur alqoritmini hazırlamaq;
-İşə qəbul metriklərini daim nəzarətdə saxlamaq;
-Yeni mənbə metodlarından istifadə edərək işə qəbul prosesini inkişaf etdirmək (sosial işə qəbul və sair);
-İşə qəbul komandasının fəaliyyətlərinə nəzarət edərək görülən işlərin hesabatını hazırlamaq;
-İşə qəbul mütəxəssislərinə müsahibə texnikalarını inkişaf etdirə biləcəkləri mühit yaratmaq; ehtiyyac olduqda məsləhətlər verərək iş səmərəliyinin artırılmasına dəstək olmaq;
-Şirkətin bazardakı işçi brendini inkişaf etdirmək üçün İR strategiyasına uyğun təklif planları hazırlamaq;
-Department rəhbərləri ilə daimi komumikasiyada olub gələcəkdə yarana biləcək işçi ehtiyyaclarını analiz etmək;
-Cari işçi tələblərini nəzərdən keçirərək şirkətin İR strategiyalarına uyğun iş elanlarını tərtib etmək;
-Mütəmadi olaraq konfrans, seminar, iş sərgilərində və digər biznes tədbirlərində iştirak edərək geniş şəbəkələr qurub uzunmüddətli peşəkar əlaqələri inkişaf etdirmək;

Namizədə dair tələblər:
-Təhsil səviyyəsi: Ali təhsil (İnsan resursları istiqaməti üzrə təhsili olan və sahə üzrə beynəlxalq sertifikatlara sahib olan namizədlərə üstünlük veriləcəkdir);
-İş təcrübəsi: İşə qəbul sahəsində ən azı 3-5 il;
-Dil bilikləri: Azərbaycan və ingilis dili -səlist, rus dili- arzuolunandır;
-Kompüter bilikləri: MS Office (excel əla səviyyədə);
-Sosial media və digər peşəkar şəbəkələrlə professional fəaliyyət (Linkedln və s.);
-Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:
-Komanda işi
-Analtik düşüncə
-Nəticəyönümlülük
-Təşəbbüskarlıq

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İşə qəbul üzrə şöbə rəhbəri ” yazaraq e-mail adresinə [email protected] göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]