“İnsan resursları üzrə aparıcı mütəxəssis” tələb olunur

İnsan resursları mütəxəssisi


İş elanını dərc edən – “BSC Group”

Vakansiya: İnsan resursları üzrə aparıcı mütəxəssis (kadr sənədləşməsi sahəsi üzrə)

Əmək Haqqı: 1200-1400 AZN

Vəzifə və öhdəlikləri:
– Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
– Aylıq iş vaxtının uçot tabellərin hazırlanması və təsdiqlənməsi;
– Ezamiyyə sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyəyə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması
– İşçi məlumatlarının 1 C proqram bazasına daxil edilməsi ;
– Əmək haqqı kartlarının sifariş verilməsi;
– Əmək qanunvericiliyinin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
– İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi;
– İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
– Əmək kitabçalarında  müvafiq qeydlərin aparılması;
– Məzuniyyət qrafikinin tərtib edilməsi ;
– İşçilərin əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi;
– İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
– İş vaxtının  uçotu cədvəllərinin tərtib edilməsi;
– Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
– Müəssisələrə əmək qanunvericiliyi ilə əlaqədar mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi.
– DƏMX-dən ünvanlanan sorğuların cavanlandıırlması;
– Vəzifə təlimatlarının yazılması;

Xüsusi tələblər:
– Ali təhsil
– Müvafiq vəzifə üzrə 3-5 il təcrübə;
– AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini  əla  səviyyədə bilməli;
– Dil bilikləri – Azərbaycan dili əla,Rus və İngilis dilləri arzuolunandır;
– Yaş həddi 25-40;
– MS Office (Word, Excel, Outlook-yaxşı);
– 1 C 8.3
– İdarəetmə  qabiliyyəti;
– Analiz etmə bacarığı;
– Ünsiyyət qurma bacarığı;
– Operativ işləmə bacarığı.
-Məsuliyyətli və problemi həlletmə bacarığı;
İş qrafiki: Həftə içi  6 gün, şənbə günü  09:00-13:00

Müraciət etmək istəyən nazmizədlər CV-ləri [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “İnsan Resursları aparıcı üzrə mütəxəssis”  qeyd edərək göndərə bilər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]