“İR üzrə mütəxəssis” tələb olunur.

İnsan resursları mütəxəssisi


İşəgötürən – Zeytun Pharma
Vakansiya – İR üzrə mütəxəssis
Tələblər
– Müvafiq sahədə ali təhsil
– Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi
– MS Office (MS Excel, MS Word, MS Outlook, 1C -8.3) proqramlarında işləmə bacarığı
– AR Əmək Qanunvericiliyi biliyi və Elektron Hökumət portalı ilə işləmə bacarığı

Vəzifə öhdəlikləri
– Əmək qanunvericiliyinə əsasən şəxsi işlərin formalaşdırılması və qeydiyyatının aparılması, işə qəbul və xitamların aparılması, müvafiq əmrlərin yazılması, Elektron Hökumət Portalına daxil edilməsi ( EMAS);
– Məzuniyyət (Ödənişli, sosial və s.) və xəstəlik vərəqələrinə əsasən müvafiq hesablaşmaların təşkili və nəzarət edilməsi;
– Kadr kargüzarlığının qanunvericiliyə uyğun tərtib edilməsi (işçilərlə əmək müqavilələrinin (əlavə və dəyişikliklərin) bağlanması, sənədləşmənin həyata keçirilməsi və Elektron hökumət portalına daxil edilməsi, vəzifə dəyişikliklərinin edilməsi, işdən çıxan işçilərin sistemdən çıxarılması və s.);
– Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;

İş şəraiti:
-İş yeri: BEGOC Biznes Mərkəzi
-5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
– Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
– Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir ;

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda
CV-nizi vakansiyanın adını qeyd edib  [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]