“İşə qəbul üzrə mütəxəssis” tələb olunur

İnsan resursları mütəxəssisi


İş elanını dərc edən – İnci Group of Companies

Vakansiya İşə qəbul üzrə mütəxəssis
Müddət: 2023-03-02 – 2023-04-02
Şəhər:- Bakı
Vəzifə öhdəlikləri:

– İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
– Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
– Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
– Uğurlu namizədlərlə bağlı referansların alınması;
– Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
– İşə qəbul hesabatlarının hazırlanması;
– İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
– Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün şöbə müdirləri ilə ehtiyac üzrə planın hazırlanması;
– Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak;
Namizədə dair tələblər:

– Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində);
– Yaş: 23-35;
– Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
– Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
– İşə qəbul müsahibələrinin aparılması bacarığı;
– Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
– Kollektiv və işçiheyəti ilə işləmə bacarığı;
İş qrafiki:

– İş saatları 09:00 – 18:00;
– Nahar ilə təmin edilmə;
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Şənbə və Bazar istirahət günü;
– İş yeri : Bakı şəhəri Məhəllə 2074-2077, Köndələn küç 10, (Ulduz metrosu yaxınlığında);
– Əmək haqqı müsahibə əsasında təyin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “İşə qəbul üzrə mütəxəssis ” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]