İşə Qəbul üzrə Mütəxəssis tələb olunur
İş elanını dərc edən – İnci Group of Companies
Vakansiya – İşə Qəbul üzrə Mütəxəssis
Namizədə dair tələblər:
– Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində);
– Yaş: 23-35;
– Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
– Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
– İşə qəbul müsahibələrinin aparılması bacarığı;
– Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
– Kollektiv və işçiheyəti ilə işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
– İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
– Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
– Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
– Uğurlu namizədlərlə bağlı referansların alınması;
– Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
– İşə qəbul hesabatlarının hazırlanması;
– İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
– Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün şöbə müdirləri ilə ehtiyac üzrə planın hazırlanması;
– Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak;
İş qrafiki:
– İş saatları 08:30 – 18:00;
– Nahar ilə təmin edilmə;
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Şənbə və Bazar istirahət günü;
– İş yeri : Bakı şəhəri Məhəllə 2074-2077, Köndələn küç 10, (Ulduz metrosu yaxınlığında);
– Əmək haqqı müsahibə əsasında təyin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “İşə qəbul üzrə mütəxəssis ” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
13 saat, 16 dəq
BingBong Casino: come garantire prelievi sicuri e veloci per i tuoi guadagni
-
13 saat, 18 dəq
BingBong Casino: come garantire prelievi sicuri e veloci per i tuoi guadagni
-
15 saat, 32 dəq
Top giochi di slot del 2026: quali provare nei casinò online
-
19 saat, 13 dəq
Instant Casino 2026 bonusar: Så här maximerar du dina vinster i år
- 21 saat, 25 dəq