Təchizat şirkətinə “İnsan Resursları Şöbəsinin Rəhbəri” tələb olunur

İnsan resursları mütəxəssisi


İş elanını dərc edən – Aqrar İnnovasiya və Təchizat Şirkəti
Vakansiya – İnsan Resursları Şöbəsinin Rəhbəri

İş şərtlərimiz:
Əmək haqqı: 2500 – 3000 AZN;
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
Çalışacağınız ünvan: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları Şöbəsinin Rəhbəri” yazaraq e-mail adresinə [email protected] göndərmələri xahiş olunur.

Namizədə olan tələblər:
-Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
İnsan resursları sahəsində təcrübə minimum 5 il;
-AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
-İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
-İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
-Dil bilikləri: İngilis və Rus dilləri üstünlükdür.
Vəzifə öhdəlikləri:
-Şöbə əməkdaşlarının gündəlik fəaliyyətlərinə nəzarət etmək, dəstək olmaq və işlərin planlaşdırılmasını həyata keçirmək;
-Bütün şöbələr üçün işə qəbul planının hazırlanması və şöbə müdirləri ilə lazım olduqda düzəlişlərin edilməsi;
-Daxili prosedurların yazılması və mövcud prosedurların ehtiyac olduğu halda günün tələblərinə uyğun dəyişdirilməsi;
-İR Şöbəsinin illik planının həyata keçirilməsinin koordinasiyası və nəzarəti;
-Vakansiyalar üzrə müraciət etmiş namizədlərlə görüşlərin keçirilməsi;
-Əmək haqqı və vəzifə dəyişiklikləri ilə əlaqədar sorğuların ilkin cavablandırılması və təsdiqə göndərilməsi;
-Əmək müfəttişliyindən daxil olan sorğuların cavablandırılması;
-Əməkdaşların peşəkar səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;
-Əməkdaşların məlumat bazasının hazırlanmasına və mütəmadi olaraq yenilənməsinə nəzarətin edilməsi;
-Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;
Kargüzarlıq işlərinin təhlil olunması və idarə olunması.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]