Sirab Satış və Dağıtım MMC insan resursları üzrə mütəxəssis / aparıcı mütəxəssis axtarır

İşəgötürən: Sirab Satış və Dağıtım MMC
Vakansiya: İnsan resursları üzrə mütəxəssis / aparıcı mütəxəssis
Son tarix: 03 iyun 2023
Əsas tələblər:
-Minimum təhsil dərəcəsi: Bakalavriat
-Komputer bilikləri: MS Office – Yaxşı;
-Təcrübə: İnsan Resursları sahəsi üzrə ən azı 3 il iş təcrübəsi;
-İnsan resurslarının idarə edilməsi üzrə xüsusi ilə işə qəbul (Recruitment), təlim və inkişaf (Training and development) kimi sahələrdə nəzəri və praktiki biliklər;
Fərdi keyfiyyət göstəriciləri:
-Diqqətlilik;
-İntizamlılıq;
-Yüksək kommunikasiya;
-Yenilikçi və proaktiv yanaşma;
-Komanda işi;
-Keyfiyyət yönümlülük;
-Məqsəd yönümlülük;
-Nəticə yönümlülük;
-Araşdırma, təhlil, müqayisə və qərar vermək;
Digər tələb və üstünlük göstəriciləri:
-Dil bilikləri: İngilis – yaxşı, Rus – yaxşı;
İş barədə:
-İşə qəbul prosesinin koordinasiyası və təşkili;
-Mövcud vakansiyalarla bağlı iş elanlarının hazırlanması və yerləşdirilməsi;
-Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarətin aparılması;
-CV incələmə və namizədlər bazasının yenilənməsi;
-İşəqəbul testlərinin həyata keçirilməsi;
-Namizədlərlə müsahibələrin təşkili, referansların alınması;
-İşəqəbul hesabatlarının hazırlanması;
-Vakansiyalara uyğun namizədlərin seçilməsi, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
-Təlimlərin koordinasiyası və təşkili;
-Təlim ehtiyaclarının monitorinq edilməsi və müəyyənləşdirilməsi;
-İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planı hazırlaması və icra edilməsi;
-Təlim tələblərinə uyğun daxili və xarici təlimçilərin (təlim mərkəzlərinin) axtarılması və cəlb edilməsi;
-Yeni əməkdaşların Adaptasiya və Oriyentasiya proesesindən keçməsinin təlim edilməsi.
İş vaxtının norması:
-09:00-18:00 / 5 günlük iş həftəsi
-İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
-Əmək haqqı: 800-1200 Azn;
-Nahar şirkət tərəfindən təmin edilir;
-Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri:
-Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5 ).
Müraciət forması:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “İR üzrə mütəxəssis/ aparıcı mütəxəssis” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 1 gün, 18 saat, 46 dəq
- 5 gün, 18 saat, 36 dəq
- 5 gün, 18 saat, 39 dəq
- 6 gün, 11 saat, 54 dəq
- 6 gün, 12 saat, 36 dəq