Restoranlar şəbəkəsinə HR DİREKTOR tələb olunur

İnsan resursları mütəxəssisi

insan


“Başkent Restoranlar Şəbəkəsi” “İnsan Resursları Şöbəsinin Rəhbəri” vakansiyasını elan edir!
İnsan Resursları Şöbəsinin Rəhbəri ( HR DİREKTOR)
Vəzifə öhdəlikləri:
-İnsan Resurslarına dair prosedurların hazırlanması və izlənilməsi
-İR strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmək
-İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili
-Vakansiyalar üzrə müraciət etmiş namizədlərlə görüşlərin keçirilməsi
-Daxili prosedurların yazılması və mövcud prosedurların ehtiyac olduğu halda günün tələblərinə uyğun dəyişdirilməsi;
-Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması
-Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsi
-Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işinin təşkili
-Məzuniyyət, işəqəbul, xitam, ezamiyyə və s. əmrlərin qanunvericiliyə uyğun tərtib edilməsi
-Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;
-Əməkdaşların peşəkarlıq səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;                                                
-Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında həyata keçirilməsinə nəzarət
-Aylıq hesabatların hazırlanması və təqdimatı
Namizədə olan tələblər:
-Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
-İnsan resursları sahəsində təcrübə minimum 3 il;
-AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
-İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
-İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
-Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dilləri üstünlükdür.

İş şərtlərimiz:
–  Əmək haqqı: 1200 – 1500 AZN
–  İş qrafiki : Tam iş günü (5 gün);
–  İş saatları: 10:00-19:00;
–  Ünvan: Nərimanov rayonu Həsən Əliyev 143
Namizədlərdən CV-lərini e-mailin mövzu hissəsində “HR DİREKTOR” qeyd edərək [email protected] emailinə göndərmələri xahiş olunur. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]