TIM Group UI/UX dizayner axtarır (Təcrübəçi) axtarır

Dizayner

dizayner 1


İşəgötürən: TIM Group

Vakansiya: UI/UX Dizayner (Təcrübəçi)

Son tarix: 01 avqust 2022

Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti Sizin individuallığınızı nümayiş etdirməyə, bacarıq və qabilliyyətlərinizi həyata keçirtməyə, əvəzsiz təcrübə qazanmağa və komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq.

Təcrübə proqramı 2 ay boyunca davam edəcəkdir. Proqram boyunca Siz, real layihələrdə tapşırıqlar ilə çalışacaq, nəzəri və praktik biliklərə yiyələnəcəksiniz. Təcrübə proqramı ödənişsizdir. Təcrübə proqramının sonunda iş təklif olunması planlaşdırılır. Bu səbəbdən potensial namizədlərə üstünlük veriləcək.

Vəzifə öhdəlikləri:

-Veb, Mobil tətbiq dizaynlarının və mock-upların hazırlanması;

-Tapşırıqların təhlilində iştirak və istifadəçi ssenarilərinin hazırlanması;

-Dizayn və interfeyslərin inkişafı və tətbiqi dizayn – prototiplər də daxil olmaqla, hazır göstərilən interfeys elementlərinə qədər hazırlanması;

-İnterfeys üslubu təlimatının (UI/UX təlimatı) inkişaf etdirilməsi və saxlanması;

-Müştəri şərhləri əsasında, biznes növünə uyğun olaraq, interfeyslərin hazırlanması;

-Layihələrin həyata keçirilməsi zamanı insan – kompyüter qarşılıqlı əlaqəsini nəzərə almaq;

-Proqram təminatlarının, tətbiqetmələrin hazır interfeyslərini test etmək və müştərilər ilə müştərək şəkildə düzəlişlər etmək.

Vakansiya üzrə tələblər:

-Komanda ilə qarşılıqlı əlaqə qurma və vəzifələrin effektiv yerinə yetirilməsi üçün güclü ünsiyyət bacarıqlarının olması;

-Figma, Adobe Photoshop, Illustrator bilikləri;

-Web səhifələrinin dizayn xüsusiyyətlərini bilmək və veb üçün qrafiklərin optimallaşdırılması;

-Detallara fikir vermə bacarığı və öz fikirlərin mövcudluğu;

-Mobil cihazlara adaptasiya etmə;

-İnterfeys tətbiqinin reallaşdırılmasının keyfiyyətinə nəzarət.

Başlıqda “UI/UX Dizayner Təcrübəçi” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Müraciətlər tələblərə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]


©️ 2022

070 231 45 70

[email protected]