Banka qrafik dizayner tələb olunur

İşəgötürən: ABB Bank
Müddət: 2022-01-21 – 2022-02-20
Şəhər: Bakı
ABB Qrafik dizayner vakansiyası elan edir.
Görəcəyiniz işlər:
Bankın daxili brendinqi ilə bağlı qrafik dizaynları, habelə Bank tərəfindən təşkil olunan PR tədbirləri üçün zəruri çap və rəqəmsal reklam-məlumat materiallarının Bankın bredbukuna uyğun dizaynını hazırlanmaq;
3D maketləri planlaşdırmaq və hazırlamaq (sərgi stendləri, iş sahəsinin interyer dizaynı və s.);
İnsan resursları ilə bağlı dizayn konseptlərinin müxtəlif daşıyıcılar üzrə adaptasiyasını təmin etmək;
Bankın daxili kommunikasiya layihələrinin hazırlanmasında iştirak etmək;
Materialların çapa hazırlığını təmin etmək;
Sosial media kanalları üçün qrafik postları hazırlamaq.
Bizim üçün uyğun namizəd:
Ali təhsilə;
Qrafik dizayn sahəsində minimum bir il iş təcrübəsinə;
Yüksək səviyyədə Azərbaycan və rus dili biliklərinə;
İnnovativlik və yaradıcılıq bacarığına;
Komandada işləmək bacarığına;
Layihələri idarə etmək bacarığına;
Adobe İllustrator, Adobe Photoshop, Corel Draw, Autodesk 3D’s Max, Adobe After Effects, Adobe Premiere proqramları ilə işləmək bacarığına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Əlavə məlumat üçün: www.careers.abb-bank.az
Vakansiyalar
- 4 saat, 54 dəq
- 5 saat, 7 dəq
-
6 saat, 50 dəq
Satınalma mütəxəssi (nəqliyyat və ehtiyyat hissələri üzrə) tələb olunur
- 7 saat, 30 dəq
- 9 saat, 1 dəq