Qrafik dizayner tələb olunur

Dizayner


İşəgötürən – Azmerika



Namizədə dair tələblər

Yaş 22-30;

Ali təhsil;

İngilis dili biliyi (texniki səviyyədə); 

Vəzifə üzrə minimum 1 il iş təcrübəsi; 

Yaradıcı və yenilikçi düşünmək bacarığı;

Müxtəlif funksiyalı komanda ilə işləmək bacarığı;

Operativ, məsuliyyətli və işə planlı yanaşan;   

Təmkinlilik, etibarlılıq, özünəinam;

Son dizayn trendləri ilə işləmək;

Hazırladığı dizayn işlərinin texniki tələblərə uyğun olaraq çapa hazırlanması; 

Avtomobil sahəsinə marağın olması arzuolunandır.

Əmək funksiyası:

Şirkətin verdiyi təlimat, göstəriş və məlumatlar əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsini;

Sosial Media üçün kreativ, orijinal və yüksək keyfiyyətli kontent, digital postların (banner, story) hazırlanmasını;

Qrafik proqramlardan istifadə edərək dizayn fayllarının xüsusi effektlərlə hazırlanmasını təmin etməkdən ibarətdir.

İş qrafiki – həftənin 6 günü 09:00 – 18:00

Əmək haqqı 600-800AZN təşkil edir.

Uyğun namizədlərin öz CV-lərini “Qrafik dizayner” başlığı altında 01.08.2023-cü il tarixinədək    [email protected]   adresinə göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]