Qrafik dizayner axtarılır

İşəgötürən – Cyberpoint
Öhdəliklər:
2D qrafika /animasiya və hərəkətli qrafik kompozisiyaların hazırlanması;
SMM postları üzrə qrafik və motion dizaynları hazırlamaq;
Sosial media şəbəkələri üzrə rəqəmsal postları və digər məzmunları dizayn etmək;
Müxtəlif kommunikasiya kanalları üçün qrafik kompozisiyaların uyğun ölçüyə salınması;
Son dizayn trendləri ilə işləmək və onlara uyğunlaşmaq;
Hərəkət qrafikinin köməyi ilə xüsusi məlumatları və mücərrəd fikirlərin vizuallaşdırılması;
Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərini zamanında həyata keçirmək.
Məhsulların əmtəə nişanının (logo) və marka adının hazırlanması;
Məhsul adı və kateqoriyasına uyğun olaraq sloqanın yaradılması;
Hazır olan eskizlərin 3D görüntüsünün hazırlanması;
Məhsula uyğun personajların hazırlanması;
Məhsulun müqayisəli seçimi üçün 3 müxtəlif variantın hazırlanması;
Seçilmiş məhsulun maket formasının hazırlanması;
Mətbəələrlə sıx kommunikasiya və çap işlərinin təqib olunması;
Məhsulun texniki sənədlərinin hazırlanması.
Tələblər:
Qrafik və motion dizayn sahəsində minimum 3 il iş təcrübəsi
Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə
Adobe Illustrator, Adobe Premier Pro, Adobe After Effects, Adobe Photoshop proqramlarını yaxşı səviyyədə bilməli
Çevik və işində məsuliyyətli
Detallara qarşı diqqətlilik
Kreativ və zövqlü yanaşma
Sürətli işi qavrama bacarığı
Komandada işləmə bacarığı
İş şəraiti:
5 günlük iş rejimi
Əmək haqqı: 1500-1800 AZN NET
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində “Qrafik dizayner” qeyd etməklə [email protected] adresinə CV formasını və portfolionu göndərin.
Vakansiyalar
- 2 gün, 18 saat, 34 dəq
- 2 gün, 18 saat, 36 dəq
- 2 gün, 18 saat, 38 dəq
- 2 gün, 18 saat, 40 dəq
- 2 gün, 18 saat, 42 dəq