Memar-Dizayner tələb olunur

Dizayner


İşəgötürən – Cronos Construction

Vəzifə öhdəlikləri:

Yaşayış binalarının (fərdi yaşayış evləri, kotteclər, villalar daxil olmaqla), Ticarət obyektlərinin, İnzibati və digər təyinatlı binaların Memarlıq Layihələrinin və eləcədə mənzillərin, ofislərin, kafe və restoranların İnteryer Dizayn Layihələrinin hazırlanması;

Bütün Layihələrin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun, komfort, erqonomik və funksional planlaşdırılma əsasında müəyyən edilmiş vaxt çərçivəsində hazırlanması;

Obyektlərdə ölçü işlərinin aparılması;

Baş Planın hazırlanması;

İlkin eskiz layihənin və layihənin (işçi layihə daxil olmaqla) hazırlanması;

Memarlıq Planının hazırlanması;

Kəsimlər;

Ölçü Planının hazırlanması;

Mebel Planının hazırlanması;

Elektrik Planının hazırlanması;

Santexnik Planının hazırlanması;

Tavan Planının hazırlanması;

Tavanda İşıqlandırma nöqtələrinin yerləşdirmə Planının hazırlanması;

Divar açılışları;

Döşəmə Planının hazırlanması və s.

Eksteryer və İnteryer 3D görünüşlərin hazırlanması.

Tələb olunan təhsil və biliklər:  

Müvafiq sahədə ali təhsil (Memar diplomu);

Müvafiq sahədə iş təcrübəsi;

Kişi namizədlər nəzərdə tutulmuşdur.

Tikinti Şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;

Müvafiq kompüter proqramlarını bilmək (ArchiCAD, AutoCAD, 3dMax, Vray, Corona və s.);

Əllə eskizləri çəkmək bacarığı arzu ediləndir;

İngilis və rus dillərini bilmək arzu ediləndir;

İşə qarşı məhsuliyyətli, dəqiq, səmimi, nizam-intizamlı;

Tapşırılan işi vaxtında yerinə yetirmək;

Kreativ, zöqlü, sürətli işləmə bacarığı;

Müstəqil və komanda şəklində işləmək bacarığı.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV- lərini    [email protected]   adresinə göndərə bilərlər

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]