Şirkət interyer dizayner axtarır

Dizayner


İşəgötürən: Collezione Italia

Vakansiya: İnteryer Dizayner

Son tarix: 20 aprel 2022

Vəzifə barədə məlumat:

-Müxtəlif dizayn işlərinin hazırlanması;

-Kreativ düşüncəli, zövqlü olmalı;

-Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;

-Şirkətin dizayn tələblərinə uyğun olaraq mağaza dizaynının ideyasının konsepsiyadan təfərrüatlı dizayn mərhələsinə çatdırılmasını təmin etmək;

-Mağaza təmiri və alternativ vitrin formatları ilə bağlı müxtəlif dizayn formaları hazırlamaq və tətbiq etmək

-Aparılan işlər üzrə hesabatlar hazırlamaq;

-Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların işlənib təqdim edilməsi.

Tələblər:

-Ali təhsil  (Memarlıq sahəsi üzrə ali təhsilinin olması arzu olunandır)

-Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi arzu olmalı;

-Proqram bilikləri: – Autocad , Photoshop, 3D max mükəmməl bilməli. 

-SketchUp Pro və Archicad- proqramlarını bilməsi üstünlükdür

-Dil bilgiləri: Azərbaycan, Rus dillərində yüksək yazılı və şifahi nitq; 

-Zəruri hallarda ölçü götürmək üçün məkana  getməli;

-Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq; 

-Stresə davamlılıq, nəticə yönümlülük;

-Komandayla çalışmağı bacarmalı, sürətli ve praktik olmalı.

Şərtlər:

-AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;

-Lyuks brendlərlə çalışmaq imkanı;

-Həftə ərzində 6 iş günü; Bazar günü – istirahət

-İş saatı: 10:00-19:00.

-Əmək haqqı: 1400-1500 AZN

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İnteryer Dizayner” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər. 

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]