Qrafik Dizayner axtarılır

Dizayner


İşəgötürən – Brand Lux

Gözləntilərimiz:

Korporativ üslub, yeni marka, etiket hazırlama bacarığı;

Marketinq layihələrinin vizuallaşdırılması;

Sosial media postlarının dizayn və adaptasiya edilməsi;

Çap məhsullarının dizayn və eskizlərin hazırlanması;

Kreativ düşüncəli, sürətli işləmə bacarığı;

Komanda ilə işləməyə bacaran, ünsiyyətcil və məsuliyyətli;

Proqram bilikləri: Abobe Photoshop, Adobe Illustrator

İş barədə məlumat:

İş rejimi: 5/7, 09:00-18:00

Ünvan: Bakı şəh., Həzi Aslanov qəsəbəsi, Camal Hacıəliyev küç. 28D

Niyə biz?

Nahar şirkət tərəfindən verilir;

Sənayə tədbirlərində iştirak;

Peşəkar inkişaf imkanları: təlimlər, master-klasslar;

Qrafik dizayn üzrə onlayn-kitabxana;

Mehriban, işini sevən və pozitiv peşəkarlardan ibarət komanda;

Bu sahədə sürətlə inkişaf edən uğurlu bir şirkətdə çalışacaqsan!

Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə

Bir sözlə, böyük və maraqlı layihələrdə qrafik dizayn sahəsi üzrə özünü inkişaf etdirmək istəyirsənsə, portfolionu və rezümeni: [email protected] e-mail ünvanına başlıqda “QRAFİK
DİZAYNER” qeyd etməklə göndər.


Qeyd: Portfoliosuz CV-lərə baxılmayacaq.Səni komandamızda görməyə şad olarıq!

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]