Təlim, inkişaf və qiymətləndirmə şöbəsinin müdiri axtarılır

İşəgötürən – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
Təlim, qiymətləndirmə və inkişaf şöbəsinin fəaliyyətinin təşkili və rəhbərlik edilməsi;
Agentliyik əməkdaşları üçün təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsinin təşkili;
Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsinin təmin edilməsi;
Agentlikdaxili və xarici təlimlərin təşkil edilməsi;
Təlimçi kimi ixtisaslaşdığı sahələr üzrə ehtiyac yarandıqda və öz təşəbbüsləri ilə daxili təlimlərin keçirilməsi;
Müxtəlif multimedia cihazlarından istifadə, e-təhsil və s. kimi vasitələr ilə tədris mərkəzlərindən kənarda təlim prosesinin qurulmasının müəyyən edilməsi və yeni təlim imkanlarının yaradılmasının təşkili;
Təlim, inkişaf və qiymətləndirmə xidməti göstərən təşkilatların seçilməsi üçün işlərin (texniki şərtlər toplusu və ehtimal qiymətinin, büdcələrin hazırlanması) təşkil edilməsi;
Əməkdaşların bilik, bacarıq və səriştələrinin artırılması istiqamətində fəaliyyətlərin və tədbirlərin planlaşdırılması və təşkili;
Təlimlərin səmərəliliyinin struktur bölmə rəhbərləri və şöbə müdirləri ilə müzakirəsi, nəticələrinin təhlil edilməsinin təşkili;
Əməkdaşların struktur bölmə və vəzifələr üzrə qiymətləndirmə, inkişaf konsepsiyalarının işlənilməsinin təşkili;
Performans təhlillərinə uyğun olaraq işçilərin hədəf və məqsədlərin yerinə yetirlməsi üçün lazımi dəstək verərək təlimlərin təmin olunması;
Əməkdaşların qiymətləndirilməsi prosesinin təşkil edilməsi;
Əsas fəaliyyət göstəricilərini, Agentliyin dəyər və strateji hədəflərini nəzərə almaqla, performans qiymətləndirmə sisteminin qurulması;
Mükafatlandırma sisteminin yaradılması və həyata keçirilməsi;
İl sonu qiymətləndirmə prosesinə nəzarət etmək və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
Əlavə məlumatlar:
İş yeri: Lev Tolstoy 170;
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi 07.08.2023-cü il;
CV-lər [email protected] e-mail ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 gün, 11 saat
- 2 gün, 11 saat, 3 dəq
- 3 gün, 4 saat, 18 dəq
- 3 gün, 5 saat
- 3 gün, 5 saat, 2 dəq