Şirkətə hüquqşünas tələb olunur

Hüquqşünas


İşəgötürən: PASHA Insurance
Vakansiya: Hüquqşünas
Son tarix: 01 may 2022
Vəzi̇fə və Öhdəli̇klər:
-Şirkətin fəaliyyətinin hüquqi təminatı üçün hüquqi ekspertiza üzrə funksiyaların icra edilməsi;
-Qəbul edilən sorğular əsasında hüquqi rəy, müvafiq orqan, idarə və təşkilatlara sorğuların hazırlanması;
-Agent müqavilələrinin layihələrinin hazırlanması və qeyd olunan sənədlərin reyestrinin aparılması və agentlər üzrə tələb olunan sənədlərin toplanması və saxlanılması;
-Müvafiq dövlət orqanlarına və digər şirkət və təşkilatlara sorğuların hazırlanması və göndərilməsi və onlardan cavabların qəbul edilməsi;
-Şirkətin tərəfi olduğu müqavilələrin (sığorta müqavilələri istisna olmaqla) hüquqi ekspertizası keçirməklə vizalanması işini təşkil etmək;
-Şirkətin daxili proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak etmək;
-Daxil olan sorğulara əsasən tender üzrə şirkətin təsis sənədlərinin hazırlanmasında iştirak etmək;
-Digər strukturların əməkdaşlarının hüquqi maariflənməsi işinə dəstək olmaq;
-Qanunvericiliklə müəyyən olunmuş qaydada etibarnamə əsasında məhkəmələrdə və digər hüquq mühafizə orqanlarında Paşa Sığorta ASC-nin mənafeyinin müdafiə edilməsini, bununla əlaqədar prosessual sənədlərin hazırlanmasını təmin etmək;
-Özünün fəaliyyəti üzrə dövri hesabatların hazırlanması;
-Şirkətin fəaliyyəti üzrə hazırkı təlimatda nəzərdə tutulmayan digər hüquqi tapşırıqların icra edilməsində iştirak etmək.
Bi̇li̇klər:
-Ali hüquqi təhsil;
-Dil bilikləri: yazılı və şifahi Azərbaycan və İngilis dili, Rus dili arzuolunandır;
-Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, şirkət daxilində qüvvədə olan normativ aktları bilmə və istiqamətləndirmə;
-Hüququn mülki, əmək sahələrini, sığorta qanunvericiliyini yaxşı bilmə, digər sahələrdə orta biliklər.
Təcrübə:
-Bu sahədə 2-3 il iş təcrübəsi.
Bacarıqlar:
-Çətin şəraitdə işləmək bacarığı;
-Komandada işləmək bacarığı;
-Ünsiyyət qurma;
-Təşəbbüskarlıq.
Son müraciət tarixi: 30 aprel, 2022.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi göndərin.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]