Kiçik hüquqşünas axtarılır

Hüquqşünas


İşəgötürən – Abşeron Logistika Mərkəzi

Ümumi vəzifə öhdəlikləri:

Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumaq, təkmilləşdirmək;

Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, akt və sərəncamları, normativ hüquqi sənədlərin ekspertizasında iştirak;

Görüş və təqdimatların təşkili, iştirak;

Müştərilər ilə rəsmiləşdirmə üzrə görüşlərdə iştirak;

Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədləri hazırlanması prosesində iştirak etmək;

Dövri hesabatların hazırlanması və təqdim edilməsi

Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.

Namizədə qarşı tələblər:

Hüquq sahəsində ali təhsil;

Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli, İngilis dili arzuolunandır;

MS Offise proqramlarında, xüsusilə Word -də yüksək səviyyədə iş bacarığı;

Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, hüquqi ekspertiza etmək bacarıqları;

Gülərüzlülük, səliqəlilik və xoş görkəm;

Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;

Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;

Yüksək araşdırma və tədqiqat bacarığı;

Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;

Məntiqi təfəkkür və hüquqi təhlil, tətbiq bacarığı;

Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;

Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini    [email protected]   elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 28 Sentyabr 2023-cü il tarixidir. 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kiçik hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]