Startap şirkəti hüquqşünas axtarır

Hüquqşünas

huquqsunas


Vəzifə: Hüquqşünas

İşəgötürən: Push30 MMC

Müddət: 2022-02-12 – 2022-03-12

Şəhər: Bakı

Push30 sağlamlıq və fitnes sahəsində korporativ fayda təminatçısıdır. Biz korporasiyalara idman mərkəzləri şəbəkəmizi təklif edirik. Bundan əlavə, müştərilərimiz üçün turnirlər və tədbirlər təşkil edirik. Mobil tətbiqimizdə müştərilərimiz 60+ fitness studiyasını seçə və videolarımızdan faydalana bilirlər.

Push30-da bizə qoşulmaq üçün Hüquqşünas vəzifəsinə namizədlər axtarırıq!

Karyeranızı dinamik bir start-up da qurmaqda maraqlısınızsa, Push30 sizin üçündür!

Vəzifə öhdəlikləri:

-Yerli və beynəlxalq Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək və rəy vermək;

-Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;

-Daxil olmuş sorğulara rəy və izahatlar vermək;

-Təşkilat daxilində qanunvericiliyin və korporativ aktları göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;

-Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;

-Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;

-Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələrlə razılaşdırmaq;

-Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;

-Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;

-Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;

Vəzifəsindən irəli gələn digər tapşırıqları icra etmək.

Vəzifəyə dair tələblər:

-Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzuolunandır)

-Hüquq sahəsi üzrə azı 2 il iş təcrübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;

-Microsoft və ofis proqramlarını bilmək;

-Dil biliyi (İngilis dili məcburi)

-Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

İş şəraiti:

-Həftənin 5 günü, saat 09:00-dan 18:00-a kimi

-Port Baku Residence yaxınlığında ofis (Üzeyir Hacıbəyov küç 57)

-Sürətli iş mühiti

-Gənc komanda

Əgər tələblərimizə cavab verirsinizsə və bu vəzifə ilə maraqlanırsınızsa, CV-nizi [email protected] ünvanına göndərin.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]