Hüquqşünas axtarılır

İşəgötürən – GFC MMC
İşəgötürən: “GFC” MMC, KFC,PH,Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
20-30 yaş arasında;
Hüquq sahəsində ali təhsil;
Azərbaycan və Rus dilləri üzrə mütləq mükəmməl biliklər, , İngilis dilli-namizədlərə üstünlük veriləcək;
Korporativ hüquq sahəsində 2 ildən az olmayaraq iş təcrübəsi;
AR Mülki, Mülki-prosessual, Əmək, Cinayət,Vergi Məcəllələrin,Gömrük Qanunvericiliyi üzrə peşəkar bilikləri, AR inzibati və inzibati prosessual qanunvericiliyi və normativ-hüquqi aktlarını bilməsi;
Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək yüksək bacarığı;
Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
Ünsiyyətqurma və komandada işləmək bacarığı;
Xasiyyətnamə tələb olunur.
Əsas vəzifə və öhdəliklər:
Şirkətin həyata keçirdiyi kommersiya layihələrinin hüquqi aspektlərini tənzimləmək. Şirkət üçün ən əlverişli şərtlərin müəyyənləşdirilməsini təmin etmək;
Şirkət fəaliyyətinin qanunvericiliyə uyğun olmasına nəzarət və onun maraqlarının təmin olunması;
Şirkətdəki müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israfçılıq və oğurluq ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak etmək;
Xarici dilli müqavilələrin hüquqi ekspertizası;
AR mülki, mülki-prosessual, əmək, inzibati, vergi, mülki-hüquqi,gömrük əqdlərinin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi;
Müəssisənin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin etmək;
Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, iddia və tələblər üzrə işlərin təşkili;
Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək;
Xahiş edirəm gizli kodu “555” ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
Şirkətin hüquqlarının və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək;
Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi;
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
5 günlük iş rejimi;
Əmək haqqı: 1000 AZN
CV – lərinizi [email protected] adresinə göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.
Vakansiyalar
- 1 gün, 6 saat, 41 dəq
- 1 gün, 6 saat, 43 dəq
- 1 gün, 6 saat, 45 dəq
- 1 gün, 6 saat, 47 dəq
- 1 gün, 6 saat, 49 dəq