Hüquqşünas axtarılır

Hüquqşünas


İşəgötürən – Crystal Group

Öhdəliklər:

Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi; 

Mülki, Mülki – prosessual, cinayət, cinayət-prosessual, inzibati xətalar, əmək qanunvericiliyi ilə işləməyi bacarmaq;

Etibarnamələrin hazırlanması;

Notarius işlərinin təşkili və sənədlərin təsdiqi;

Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlanması;

Əməklə bağlı mübahisələrə və əmək müqavilələrinin təyinatına aid konsultasiya vermək;

Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarının qorunması və təmsil edilməsi;

Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;

Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək

Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi;

Qanunvericilik layihələrinin hazırlanması və bununla bağlı müvafiq qurumlarla işlərin aparılması;

Daxili idarəetmə prosedurlarının hazırlanmasında iştirak etmək onların, hüquqi ekspertizasını təmin etmək;

Xidmətin struktur bölmələrinə hüquqi məsləhət və dəstək verilməsi;

Xidmətin fəaliyyətinin müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etmək;

Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün yeni yanaşmaların formalaşdırılması.

Tələblər:

Hüquq və ya beynəlxalq hüquq sahəsi üzrə bakalavr dərəcəsi;

Hüquq sahəsində minimum 2 il iş təcrübəsi (dövlət qurumlarında, habelə tikinti sahəsində iş təcrübəsinin olması arzuolunandır);

Dövlət satınalmaları sahəsində zəruri biliklərə sahib olmaq və prosedurları tətbiqini anlamaq;

İngilis və rus dillərinin bilməsi arzuolunandır;

Ofis proqramlarında sərbəst işləmək bacarığı;

Güclü analitik və problem həll etmə bacarıqları;

Detallara diqqətlə yanaşmaq;

Təşəbbüskar olmaq.

İş rejimi:

09.00-18.00

şənbə bazar istirahət

korporativ nömrə ilə təmin

Əmək haqqı 1200-1500 Net.

CV – lərinizi mövzunun başlığı alıtnda   [email protected]   adresinə göndərin

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]