Hüquqşünas tələb olunur (Kişi / qadın)

Hüquqşünas


İşəgötürən – FNK Legal Services and Consulting

Namizəd üçün tələblər:

Ali hüquq təhsili;

Rus və Azərbaycan dillərini mükəmməl səviyyədə bilmək.

İngilis dili biliyi üstünlük olacaq;

Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi, hüquqi konsaltinq sahəsinə təcrübəli olan namizədlərə üstünlük verilir;

Mülki, inzibati, əmək, vergi hüququ sahəsində mükəmməl biliklər;

Hüquqi nitq və yazışma qabiliyyəti;

Peşəkarlardan ibarət komandada işləmək, öyrənmək və təcrübə qazanmaq arzusu;

Hüquqi aktları təhlil etmək və praktikada tətbiq etmək bacarığı;

Məsuliyyət, ədəb, stressə davamlılıq, punktuallıq;

Analitik bacarıqlar, tez qərar qəbul etmək bacarığı, yaradıcılıq; İşçinin vəzifə öhdəliklərinə aşağıdakılar daxildir:

Müqavilə işləri – müqavilələrin hazırlanması və ekspertizası;

Müqavilə münasibətlərindən, torpaq, əmək, inzibati mübahisələrdən irəli gələn mübahisələrin həlli;

Məhkəmə icraçıları ilə işləmək;

Məhkəmə çəkişmələri, dövlət orqanları ilə yazışmalar, işgüzar yazışmalar, təsis sənədlərində dəyişikliklərin qeydiyyatı, debitor borcları ilə iş, reyestrlərlə iş, tənzimləyici orqanlarla qarşılıqlı əlaqə, notariusla qarşılıqlı əlaqə və s.

Maaş razılaşma yolu ilə.

Maraqlanan şəxslərdən mövzu yerində vakansiya qeyd edərək CV-lərini e-mail adresinə [email protected] göndərmələri xahiş olunur.

Yalnız CV-ləri tələblərə cavab verən namizədlər müsahibəyə buraxılacaqlar.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]