Sinteks Group of Companies hüquqşünas axtarır

İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Hüquqşünas
Son tarix: 02 iyul 2023
Sinteks Şirkətlər qrupuna hal hazırda Hüquqşünas tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu qanunların tətbiqi üzrə hüquqi məsləhətlər verməkdən və hüquqi məsələləri həll etməkdən ibarətdir.
Vəzifə öhdəlikləri:
-Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında müəssisəni təmsil edilməsi, onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi.
-Müəssisə tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, məhkəmə təhqiqatı sənədlərinin toplanması və icraatı, müəssisəyə qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması.
-Dövlət orqanlarından, digər şəxslərdən və müəssisələrdən daxil olan müraciətləri, ərizə və şikayətlərin araşdırılmasını və cavablandırması.
-Müəssisədə yaranmış məsələlər üzrə qanunvericiliyə uyğun hüquqi rəylərin verilməsi, zərurət yarandıqda məsələ ilə bağlı müfaviq dövlət orqanlarına müraciət edilməsi.
-Müəssisənin rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq daxili normativ sənədlərin, layihələrin hazırlanması, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi.
-İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək.
Əsas tələblər:
Təhsil:
-Hüquq üzrə ali təhsil.
Təcrübə:
-Müvafiq sahədə 3 il iş təcrübəsi.
Professional biliklər:
-Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi.
-Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi.
-Kargüzarlıq işinin əsaslarını bilməsi.
-Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi.
-Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
-MS Office.
Professional bacarıqlar və kompetensiyalar:
-İş bölgüsü
-Danışıqların aparılması
-Ünsiyyət bacarıqları
-Detallara diqqət
-Nəticə yönümlülük
-Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 6 saat, 12 dəq
- 6 saat, 58 dəq
- 7 saat, 36 dəq
- 8 saat, 23 dəq
- 8 saat, 24 dəq